Icma.az
close
up
RU
Qurban Məmmədova hökm oxunacaq ŞƏRH

Qurban Məmmədova hökm oxunacaq ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropanın müxtəlif zirzəmilərində oturub, Azərbaycan dövləti və xalqı haqqında hədyanlar səsləndirən, ölkədə terror aktlarının, iğtişaşların törədilməsi çağırışları ilə çıxış edən xaricdəki antimilli ünsürlərə qarşı hüquqi tədbirlər görülməkdədir. Almaniyada sərxoş həyat tərzi keçirən Qabil Məmmədovun ardınca Trol Sadıqlı, Qurban Məmmədov, Məhəmməd Mirzəli, Elşad Məmmədov və digərləri barələrində məhkəmə prosesi başlanılıb. Artıq Qabil Məmmədova məhkəmənin qərarı ilə 16 il qiyabi hökm çıxarılıb. Elşad Tofiq oğlu Məmmədova, İlqar Allaz oğlu Hacıyevə, Məhəmməd Fazil oğlu Mirzəliyə, Qurban Cəlal oğlu Məmmədova, Tural Əlövsət oğlu Sadıqlı bir sıra cinayətlərdə ittiham olunurlar.

İ.Hacıyevin istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə edərək Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edərək həmin layihələrin icrası ilə bağlı 10 000 000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə aldatmaqla 2016-cı ilin fevralından 2017-ci ilin martın 22-dək olan müddət ərzində Rusiyanın paytaxtı Moskvada və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17 000 000 manat təşkil edən 10 000 000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

M.Mirzəlinin Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri ilə 02 iyun 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul olunub. Qərara əsasən, M.Mirzəlinin 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən olunub.

Q.Məmmədovun 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə, həmçinin 26 mart 2019-cu il, 29 iyun 2019-cu il, 18 oktyabr 2019-cu il, 27 oktyabr 2019-cu il tarixlərdə internet informasiya resurslarında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak zərərinin vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, yəni terrorçuluğa, habelə əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etməsinə, həmçinin 11 iyul 2023-cü il tarixdə "AzerFreedom TV" internet platformasında işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatları ağır nəticələrə səbəb olaraq dövlətə xəyanət əlamətləri olmadan yaymasına əsaslı şübhələr müəyyən edilib.

E.Məmmədovun isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 281.2-ci maddəsi ilə 05 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub. Onun 2021-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin may ayınadək internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməklə bu cür məzmunlu materialları internet resurslarında yaymasına əsaslı şübhələr müəyyən olunub.

Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə təqsirləndirilən Q.Məmmədovun Azərbaycan Respublikası ərazisində 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif dövlət qurumlarına işə düzəldəcəyi, onlara pensiya və sosial müavinət verilməsini təmin edəcəyi ilə aldadıb etibarlarından sui-istifadə etməklə 10 nəfər şəxsə məxsus ümumilikdə 29.597 manat məbləğində nağd puldan ibarət özgə əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, bundan başqa, 30.06.2019 və 21.10.2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikası ərazisində qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə terrorçuluq cinayət əməllərinin törədilməsinə yönələn açıq çağırışlar etməsi və bu cür məzmunlu materialları açıq olan internet resurslarında yaymaqla terrorçuluq hərəkətlərini çıxışlarında ifadə etməsinə, həmçinin, 2019-cu ilin əvvəllərindən 2020-ci ilin aprel ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə müxtəlif valyutalarda 10.000 manat pul vəsaitini birbaşa və dolayı yolla “WhatsApp” proqramı üzərindən Azərbaycan Respublikasında olan şəxslərə terrorçuluq məqsədilə göndərməklə terrorçuluğu maliyyələşdirilməsinə yönələn hərəkətlər edilməsinə, eyni zamanda 14.07.2020-ci il tarixdə qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə Azərbaycan Respublikasında ictimai sabitliyin pozulmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar onlara qarşı zor tətbiq edilməsi ilə bağlı, habelə öz qulluq borcunu yerinə yetirən zərərçəkmiş şəxsin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan və ziyan vuran cinayətin törədilməsini cinayətin iştirakçılarının fəaliyyətlərini əlaqələndirməklə, cinayətin törədilməsini istiqamətləndirməklə, onlarda cinayət törətmək qətiyyətini möhkəmləndirməklə təşkil və rəhbərlik etməsinə, göstərilənlərlə yanaşı 2023-cü ilin oktyabr ayından etibarən davamlı surətdə qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə internet informasiya resurslarında Azərbaycan Respublikasında yaşayan şəxsin şərəf və ləyaqətini alçaldacağı hədəsi ilə 28.500 manat məbləğində pulu hədə-qorxu ilə tələb etməsi və 24.02.2014 və 27.02.2024-cü il tarixlərində şəxsin barəsində rüsvayedici məlumatların internet informasiya resurslarında qeyri-məhdud sayda internet istifadəçiləri arasında paylaşmasına əsaslı şübhələr müəyyən olunub.İstintaq orqanından verilən məlumata görə, İngiltərədə yaşayan Qurban Məmmədovun barəsində olan qiyabi icraat üzrə cinayət işinin ibtidai istintaqı başa çatıb. Q.Məmmədov və onun vəkilinə hüquq və vəzifələri izah edilib. Onlara 2025-ci il avqustun 20-dən etibarən cinayət işi ilə tanış olması üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasında şərait yaradılacaq.Q.Məmmədova izah edilir ki, istintaqa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən barəsində qiyabi icraat üzrə iş məhkəməyə göndərilə, bu, məhkəmənin qiyabi hökmü və ya digər yekun aktının çıxarılması ilə nəticələnə bilər.

Bu prosessual tədbirlər başa çatdırıldıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.Təqsirləndirilən T. Sadıqlının 2016-cı ildə Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşını “oturum izni” ala biləcəyini vəd etməklə etibarını qazanıb aldadaraq 1260 manat məbləğində əmlakını ələ keçirməsinə və vətəndaşlıq almaq məqsədilə şəxslərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən siyasi partiyaların üzvləri kimi siyasi baxış və mövqelərinə görə təqib və təzyiqlərə məruz qalmaları, kütləvi aksiyalarda iştirak edib polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə məhkəmələr tərəfindən inzibati həbs olunmaları, barələrində cinayət işi başlanmaqla hüquq-mühafizə orqanlarına çağırılmaları kimi məzmununa bilə-bilə həqiqətə uyğun olmayan, yalan məlumatlar daxil edilib, dövlət təşkilatlarının müvafiq imza, blank, çap və əlyazma mətnləri birbaşa icra olunmayaraq, rəqəmsal qurğu vasitəsilə surəti çıxarılmaqla elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda icra edilmiş hüquq verən rəsmi sənədlərin qanunsuz hazırlamasına, bundan başqa, 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Turan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see391

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see283

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see250

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see244

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see239

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see237

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see236

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see233

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see225

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see220

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see218

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see212

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see209

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see200

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see197

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see196

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see190

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see189

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see187

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri