Icma.az
close
up
RU
Qurban Məmmədovun istintaqı başa çatdı

Qurban Məmmədovun istintaqı başa çatdı

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Londonda mühacir kimi yaşayan Qurban Məmmədovun barəsində olan qiyabi icraat üzrə cinayət işinin ibtidai istintaqı başa çatıb.

Gununsesi.info xəbər verir ki, Q. Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq avqustun 11-də tamamlanıb.

Q.Məmmədov və onun vəkilinə hüquq və vəzifələri izah edilib.

Onlara 2025-ci il avqustun 20-dan etibarən cinayət işi ilə tanış olması üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasında şərait yaradılacaq.

Q.Məmmədova izah edilir ki, istintaqa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən barəsində qiyabi icraat üzrə iş məhkəməyə göndərilə, bu, məhkəmənin qiyabi hökmü və ya digər yekun aktının çıxarılması ilə nəticələnə bilər.

Bu prosessual tədbirlər başa çatdırıldıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Qurban Məmmədov Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə təqsirləndirilir.

Qurban Məmmədovun 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin onun 26 mart 2019-cu il, 29 iyun 2019-cu il, 18 oktyabr 2019-cu il, 27 oktyabr 2019-cu il tarixlərdə internet informasiya resurslarında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak zərərinin vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, yəni terrorçuluğa, habelə əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etməsinə, həmçinin 11 iyul 2023-cü il tarixdə “AzerFreedom TV” internet platformasında işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatları ağır nəticələrə səbəb olaraq dövlətə xəyanət əlamətləri olmadan yaymasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə 07.09.2020-ci il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.06.2019-cu il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 20.12.2023-cü il tarixdə ona Cinayət Məcəlləsinin 214-2, 220.2 və 284.2-ci maddələri ilə yeni məzmunda ittihamın elan edilməsi haqqında qərar qəbul edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün 13.03.2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilərək həmin idarədə ibtidai istintaqı aparılan cinayət işinə birləşdirilərək vahid icraatda ibtidai istintaq davam etdirilir.

İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 13 mart 2025-ci il tarixdə Məmmədov Qurban Cəlal oğluna Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Avqust 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri