Icma.az
close
up
RU
Qurban Qurbanov: Arada hirslənmək lazımdır

Qurban Qurbanov: Arada hirslənmək lazımdır

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xaldır. Fasilədən sonra komanda olaraq oyun ritmindən düşürük. Çox yaxşı, maraqlı oyun getdi. Qarşımızda da yaxşı rəqib var idi. Bu gün oyuna fərqli sistemdə başladılar. Biz fərqli hazırlaşmışdıq. Qarşımızda beşli müdafiə görəndə bəzi anlaşılmazlıqlar oldu. Amma get-gedə oyunu ələ ala bildik. Əsl futbol atmosferi var idi. Bütün azarkeşlərə təşəkkür edirəm. 

- "Sumqayıt"ın baş məşqçisi Saşa İliç deyəsən sizi təbrik etmədi...

- Təbrik etdi. Özü də dərhal gəldi.

- Joni Montiel "Napoli" ilə oyuna hazırdır?

- İlk "11-lik"də onun üçün çətin olar. Bilirsiz ki, 1 ildən çoxdur start heyətində meydanda olmamışdı. Bir az narahatlığımız var idi. Bəlkə də onu çox oynatdıq. Düşündük ki, fasilədə 15 dəqiqə istirahət edib bir az da oyunda olsa, pis olmaz. özünü yaxşı tərəfdən göstərdi. Ona öz idman formasını bərpa etmək üçün bir az vaxt lazım olacaq. "Napoli" ilə matçın gedişatında Montieli meydanda görə bilərik. 

- Elvin Cəfərquliyevin start heyətində olmaması nə ilə bağlıdır?

- Sağlamlığı ilə bağlıdır. Neçə gün qızdırması oldu. Komanda ilə iki məşq edib. Bir az idman formasını itirib. Hazırda tam hazır deyil.

- Sizcə, "Sumqayıt"ın futbolçusuna verilən qırmızı vərəqə ağır qərar deyildi?

- Ağır qərar ola bilər. Mən də videoya baxdım. Futbol kontakt oyunudur, aqressiv oyundur. Ola bilər ki, hansısa epizodda emosiyalarını saxlaya bilmirsən. Belə hallarda səhv qərarların olmamasının tərəfdarıyam. Fərqi yoxdur bizə və ya rəqibə. Ola bilər ki, səhv qərar idi. Mən də bununla razılaşıram.

- Son zamanlar emonional reaksiyalar verirsiz. Bunun səbəbi nədir?

- Həyatda ümumiyyətlə emosional olmayan insan var? Mateus Silvaya sarı vərəqə verilən epizodu deyirsiz yəqin ki. Arada nəsə demək lazımdır da. Oyunun əvvəlidir. Bəlkə də sarı vərəqə var idi. Amma maraqlı olur. Arada hirslənmək lazımdır.

- Kaşuk qoldan sonra sanki axsayırdı. Zədəsi var?

- Soruşmadım. Deyəsən, ayağına zərbə olmuşdu.

- “Bu şəhərdə”nin konsertində sizi parodiya ediblər. Buna münasibətiniz nədir?

- Kiminsə işinə qarışmaq istəmirəm. Mən belə şeylərə çox da baxmıram. Onlara uğurlar arzu edirəm.

- Kadi Borgesin yoxluğu “Napoli” ilə oyunda hiss olunacaq?

- Belə hallar olub. Əsas futbolçularımız bir çox oyunlarda iştirak etməyiblər. Amma uğurlu nəticələrimiz olub. Futbolçuların hamısı sağlam olanda hazırlığımız çox yaxşı səviyyədə keçir, seçimim çox olur. İstənilən oyunçunun yoxluğu təsirlərini göstərir.

- “Napoli” ilə oyunda əsas heyət necə olacaq?

- Hər şey ola bilər. Qarşıdakı günlərdə baxacağıq.

- "Qarabağ"dan “Napoli” ilə oyunda sürpriz nəticə gözləmək olar?

- Hazırlaşırıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Yaxşı nəticə əldə etməyi çox istəyirik.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Noyabr 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri