Qurban Qurbanov Budyo Qlimt üzərində qələbəni belə şərh etdi
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında Norveçin "Budyo Qlimt" komandasına qarşı keçirdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri matçla bağlı belə danışıb:
"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm və bunu Zəfər Günündə etdiklərinə görə təşəkkürümü bildirirəm. Uzun yol qət etmişdik. Meydanın suni ot örtüklü və havanın soyuq olması müəyyən çətinliklər yaradırdı. Əvvəlki oyunlarda məğlub olduğumuza görə futbolçuların üzərində müəyyən təzyiqlər var idi. Matçdan əvvəl oyunçularla söhbətlər aparmışdıq. Bildirdik ki, biz bu qarşılaşmadan məğlub ayrıla bilərik. Amma səfərdə komanda ruhu olmadan qayıtmaq olmaz. "Budyo Qlimt" çox yaxşı kollektivdir. Bəlkə də onlar bu gün məğlub olmağa layiq deyildilər. Onlara gələcək görüşlərində uğurlar arzu edirəm. Bu komandada məşqçi işi nəzərə çarpır. Futbolçularıma Zəfər Günündə qələbə qazandıqlarına görə təşəkkür edirəm. Yəqin ki, bütün Azərbaycan bizim oyunumuzu izləyirdi və komandamızdan qələbə gözləyirdi. Bütün azarkeşlərimizi, "Qarabağ" rəhbərliyini və bu klubu sevənləri təbrik edirəm. Boston şəhərindən bizim oyunumuzu izləmək üçün gələn tərəfdarlarımız məni duyğulandırdılar. Onlar "Qarabağ"ın məşqçilər heyətinə hədiyyələr gətirmişdilər. Bu davranış bizim üçün çox dəyərli idi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Noyabr 2024 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















