Icma.az
close
up
RU
Qurban Qurbanov Çelsi ilə oyun haqda

Qurban Qurbanov Çelsi ilə oyun haqda

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Bizi çox maraqlı oyun gözləyir. Güclü, böyük tarixə malik komandaya qarşı oynayacağıq. Belə klubların Azərbaycana gəlməsi, azarkeşlərin bu cür futbolçuları Bakıda görməsi əlavə bir stimuldur".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Çelsi"yə qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis oyuna yaxşı hazırlaşdıqlarını vurğulayıb və daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

"Komandamıza gəldikdə, oyuna pis hazırlaşmamışıq. Çox istəyirik ki, sabah meydanda mübariz oyun göstərək. Futbolçularıma inanıram, güvənirəm. İnanıram ki, azarkeşlərimiz ən azından bizim oyunumuzdan razı qalacaqlar. İngiltərədən gələn qonaqlarımız var. Diqqətimdən yayınmadı. Gözəl Bakımıza xoş gəliblər".

- "Çelsi" Bakıda məşqə çıxmadı. Bir komandanın rəqib meydanında ot ötüyünü yalnız oyun günü hiss etməyi nə dərəcədə önəmli ola bilər? "Qarabağ" üçün kiçik də olsa, bir üstünlük yarada bilərmi? 

- İnanmıram ki, bu hallar belə böyük klubların oyununa təsir etsin. Maraqlansan, bəlkə də çox belə hallarla üzləşiblər. "Çelsi" kimi komandalar üçün oyun günü meydana çıxmaq o qədər də problem yaratmamalıdır. Biz özümüz də bu cür hallarla qarşılaşmışıq. Bəzi səfərlərimiz olub ki, matçdan 1 gün əvvəl məşqimizi Bakıda etmişik, yalnız oyun günü səfərdə meydanı hiss etmişik, çıxıb oyunumuzu oynamışıq. Bilirsiniz, İngiltərə ilə Azərbaycan arasında saat fərqi çoxdur. Əksinə, bu, onların öz işlərinə nə qədər ciddi, peşəkar yanaşdıqlarını göstərir. Böyük ehtimalla, onlar London rejimi ilə daam edirlər. Bunu nəzərə alıb, rahatlıq tapmalı deyilik.

- "Çelsi"nin bəzi futbolçular zədə səbəbindən meydana çıxa bilməyəcək. Bunlar "Qarabağ" üçün ən azından psixoloji avantaj yarada bilərmi? 

- Ümumiyyətlə, belə böyük komandaların 1-2 futbolçusunu müzakirə etmək düzgün olmaz. Çünki böyük, qarşısına çox nəhəng hədəflər qoyan klublardır. 1-i yoxdur, 2-si var, 2-si yoxdur, 3-ü var. Onların heyəti həddindən artıq genişdir. Biz belə xırda detalları axtarmalı deyilik. Əksinə, daha çox onların əsas oyun sisteminə uyğunlaşmalıyıq. Çünki 1-2 futbolçularının zədəli olması oyunlarında ciddi fərq yaratmır. Əksinə, bəzən olur ki, digərləri oynadıqda daha aktiv çıxış edirlər, daha çox problem yaradırlar. Nəzərə alınacaq bir şey deyil. 

- Daha əvvəl İngiltərə klubları ilə qarşılaşmısınız, lakin qələbə qazana bilməmisiniz. Sabah qalib gəlsəniz, bu, "Qarabağ"dakı ən böyük qələbəniz olar?

- Xoş gəlmisiniz. "Çelsi" kimi böyük klublara qalib gəlmək çox önəmlidir. Çünki reallığa baxsaq, biz hazırda kiçik futbol ölkəsi kimi tanınırıq. Belə bir ölkənin komandasının bu cür böyük komandaya qalib gəlməsi gələcək üçün stimul, inam olar. Amma əlbəttə ki, hələlik biz İngiltərə klublarına qalib gələ bilməmişik. Hətta 1 xal da qazana bilməmişik. İngiltərə Premyer Liqası tam başqa bir səviyyədir. Həmişə bildirmişəm ki, İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Bütün komponentlərdə digər çempionatları üstələyir. Biz belə ölkənin komandalarına qarşı məğlub olsaq belə, qazanmış sayılırıq. Biz möhkəm dayanmağı, inamlı mübarizə aparmağı bacarmalı, azarkeşlərimizi yaxşı oyunla sevindirməliyik. Məğlub olmamaq, qələbə qazanmaq əlbəttə ki, böyük bir avantajdır. Amma hər bir halda "Çelsi"nin Bakıya gəlməsi bizim üçün bir uduşdur, onlara qarşı çıxıb oynamaq isə 2-ci uduşumuzdur. Onlara qarşı oynamaq çox xoşdur.

- 2017-ci ildə də "Çelsi" ilə 2 oyun keçirdiniz. Həmin vaxtla indiki dövr arasında hansı fərqlər var?

- Ümumiyyətlə, 2017-ci illə indiki dövrü müqayisə etsək, futbol həddindən artıq inkişaf edib. O vaxt da komandalar arasında fərq çox idi. İndi isə daha artıqdır. Bəlkə də o axt bizim zəif tərəflərimiz çox idi. İndi təcrübəmiz artıb. Amma buna baxmayaraq... İngiltərədə futbol həddindən artıq inkişaf edib. Çox sürətlə irəliləyirlər. Biz nə qqədər təcrübə qazansaq da, irəliləsək də, "Çelsi" daha çox inkişaf edir. Bu, bizim üçün təhlükədir. Amma dediyim kimi, Bakıda dünya çempionuna qarşı, finalda PSJ-yə 3 qol vuran komandaya qarşı çıxış etmək bizim üçün böyük stimuldur. Fərq böyük olsa da, hər bir halda yaxşı, mübarizəli oyun göstərməyə çalışırıq.

- "Çelsi"də bəzi  oyunçuların olmaması "Qarabağ"da müəyyən dəyişikliklərə təkan verəcək?

- "Çelsi" son vaxtlar rotasialar edir. Bəzən Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli heyətlə oynayır. Öz oyun üslublarına sabit qalırlar. Sadəcə 2 detal var ki, onu icra edirlər, dəyişiklik olur. Biz bütün bu detalları futbolçularımıza bildirmişik, göstərmişik. Lakin yenə deyirəm, belə komandaların heyət dəyişməsi onlar üçün o qqədər də fərq yaratmır. Biz isə öz bildiyimizin üzərində quracağıq oyunumuzu. Sadəcə eynilə biz də ola bilsin ki, matçın gedişatında xırda detallardan istifadə edək.Hər bir halda futbolçularımız bu oyundan zövq almalıdırlar və sonadək inamla, yaxşı mübarizə aparmalıdırlar. 

- Start heyətini böyük ölçüdə müəyyənləşdirmisinizmi?

- Təxminən müəyyənləşdirmişəm. Amma kiçik bir sual var. Bizim sabah səhər də məşqimiz olacaq. Böyük ehtimalla orada tamamlayacağıq.

- Musa Qurbanlının durumu necədir?

- Musa 2-3 gündür fərdi məşqlərə başlayıq. Təxminən 10 gün heç nə etmədi. Amma 3 gündür ki, fərdi məşqlər edir. 

- Sualım gələcəkyönümlüdür. "Qarabağ" artıq 6 xal toplayıb. İlk 24-lüyə düşsək, qışda hücumçu transferi gözlənilirmi? 

- İlk 24-lük yalnız yanvar ayının sonunda bəlli olacaq. Bu haqda çox düşünmək istəmirik. Biz istənilən halda hücumçu axtarışında idik. Hücumçu transfer etmək istəyirik. Əlavə olaraq da bir neçə mövqeyə transfer düşünürük. Biz həmişə çalışmışıq ki, transfer pəncərəsində maksimum iş görək, komandamız üçün faydalı olsun. İstənilən halda biz transferlər üçün heç bir nəticəni gözləmirik. Transferlər işlərimiz işimiz daim davam edir.

- "Çelsi"nin baş məşqçisi Enzo Mareska "Qarabağ"la oyunun çox çətin keçəcəyini bildirib. Həmçinin sizi də səciyyələndirib ki, 17 il bir komandanın baş məşqçisi kimi fəaliyyət göstərmək inanılmaz nəticədir. Bu fikirlərə münasibətiniz necədir? 

- Əlbəttə ki, belə fikirlər bildirdiyinə görə təşəkkür edirəm. İkinci növbədə isə bu, onun peşəkarlığını göstərir. Yəni, o, bizimlə yaxından maraqlanıb, bu oyuna 2-ci dərəcəli bir matç kimi baxmır. Çünki burada qazanılan hər xal onların liderliyinə böyük bir təkandır. Bu klub - məşqçilər, futbolçular çox peşəkardırlar. Elə ona görə də belə səviyyəyə çatıblar. Bir daha təşəkkür edirəm.

- Enzo Mareska "Sanderland"ə məğlub olduqları oyundan sonra açıqlama vermişdi ki, biz onların dördlü müdafiə ilə oynayacaqlarına hazırlaşmışdıq, lakin beşli müdafiə ilə meydana çıxdılar, bütün planlarımız alt-üst oldu. "Çelsi" doğrudan da beşli müdafiəyə qarşı oynayanda xal itkisinə məruz qalır. Sabah Qarabağ" Enzo Mareskaya belə bir sürpriz edə bilərmi?

- Bəlkə də nəsə əldə etmək üçün belə bir fikir bildirib. Çünki "Çelsi" kimi böyük komandaların yalnız sıx qrafikə görə problemləri ola bilər. Bəzən futbolçu yorğun olanda öz potensialını tam üzə çıxara bilmir. Mən hazırda beşli müdafiə ilə oynamağı xoşlamıram. Futbol isə bizim kimi komandalara beşli müdafiəni tələb edir. Mən həmişə bildirmişəm ki, biz indiyədək qazandığımız uğurları öz sistemimizə görə bacarmışıq. Bəzi matçlarda müdafiəyə meyilli oyunu, bəzilərində dağıdıcı futbol qurmaq olar. Lakin belə halda uzunmüddətli uğur əldə etməyi görmürəm. Hə, elə komandalar var ki, beşli müdafiə ilə dominant futbol oynayır. Bu, başqa məsələdir. Amma bu gün "Çelsi"nin qarşısını beşli müdafiə ilə almağı düşünməmişəm. Amma oyunun gedişatında düzülüşdə müəyyən dəyişiklik etmək olar. Baəlkə də sırf müdafiəçi ilə yox, hücumçu ilə. Hazırda fikrimi tam ifadə etməyəcəyəm.

- Türkiyədəki klubların bir futbolçuya xərclədiyi pul ilə bütün heyəti qurursunuz və sonda siz də onlar qədər uğurlu olursunuz. Bu uğuru nə ilə əlaqələndirərsiniz?

- Mən özümüzü o komandalarla yan-yana qoymaq istəmirəm. Oların öz idarəçiliyi, futbol fəsləfələri var. Heç vaxt düşünməmişəm ki, bu klubun büdcəsi çoxdur, mənim azdır, mə daha yaxşı nəticə verirəm. Hər bir kluba hörmətlə yanaşıram. Sadəcə mən həmişə çalışmışam ki, düşdüyümüz duruma uyğun addım ataq və maksimum istifadəedək. Əgər bu gün hansısa uğuru qazanmaq imkanımız varsa, onu yalnız işgüzarlıqla əldə etmək istəyərdim. Çünki bu, daha ləzzətli olur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 Noyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see326

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see274

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see232

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see227

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see225

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see222

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see221

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see219

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see215

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see206

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see202

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see196

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see196

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see185

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see184

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see182

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see181

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see167

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri