Icma.az
close
up
RU
Qurban Qurbanov: Çelsi ilə oyunda öz sistemimizdən əl çəkməyəcəyik

Qurban Qurbanov: Çelsi ilə oyunda öz sistemimizdən əl çəkməyəcəyik

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" sabah UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Çelsi" ilə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun olacaq. Çox güclü, böyük tarixə malik komandaya qarşı oynayacağıq. Belə böyük klubların Azərbaycana gəlməsi, bu cür futbolçuları Bakıda canlı görmək azarkeşlər üçün əlavə stimuldur. Futbolumuzun inkişafı, futbolun Azərbaycanda daha da sevilməsinə təkan verir. Matça pis hazırlaşmamışıq. Çox istəyirik ki, sabah yaxşı, mübariz oyun göstərək. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlər ən azından oyunumuzdan razı qalacaqlar. Qonaqlar da Bakımıza xoş gəliblər.

- “Çelsi”nin Bakıda məşqə çıxmaması, meydançanı yalnız oyun günü hiss etməsi... Bunlar “Qarabağ” üçün az da olsa, üstünlük sayıla bilər?

- İnanmıram ki, böyük komandalara belə hallar təsir etsin. Çünki tək bura üçün yox, ümumiyyətlə belə hallar olur. Maraqlansaq, bəlkə də belə hallarla çox üzləşiblər. Bu komandalar üçün oyun günü meydana çıxmaq elə də problem yaratmamalıdır. Bizim özümüzdə də bu cür hallar olur. Ancaq oyun günü meydanı hiss etmişik. Bəzi səfərlərimiz olub ki, belə rejimdə olmuşuq. Məşqimizi burada edib, səfərə oyuna getmişik. Bu, bizim üçün elə də stimul olmalı deyil. Onlarla saat fərqimiz çoxdur. Bu, onların işlərinə daha ciddi yanaşdığını göstərir. Böyük ehtimalla London rejimində gedirlər. Bunu nəzərə alıb, özümüzdə hansısa rahatlıq tapmalı deyilik.

- "Çelsi"nin bəzi futbolçuları zədə səbəbindən oynamayacaq. Bu, oyunun ümumi gedişatına təsir edə bilər?

- Belə böyük komandaların 1-2 oyunçusunu müzakirə etmək güzgün olmaz. Bunlar böyük klublardır, qarşılarına böyük hədəflər qoyublar. Bir oyunçusu yoxdur, o biri var, heyətləri çox genişdir. Bu oyunçu olsa, necə olardı, kimi düşünməməliyik. Onların oyun sisteminə uyğunlaşmalıyıq. 1-2 futbolçu olmasa da, oyunlarında nəsə hiss edilmir. Özümüzdə və azarkeşlərimizdə belə fikir formalaşdırmalı deyilik, bu, üstünlüyümüzdür. Əksinə ,digər oyunçular oynasa, daha aktiv olub, bizə böyük problem yarada bilərlər. Nəzərə alınası bir şey deyil.

- Qalib gəlsəniz, "Qarabağ"dakı ən böyük qələbəniz olar?

- Belə böyük klublara qarşı qalibiyyət çox önəmlidir. Reallığa baxsaq, bu gün biz kiçik futbol ölkəsi kimi tanınırıq. Belə ölkənin komandasının böyük kluba qalib gəlməsi gələcək üçün əlavə güvəndir. İngiltərə klublarına qarşı qalibiyyətimiz yoxdur. Hətta xal da qazanmamışıq. Çünki İngiltərə Premyer Liqası başqa səviyyədir. Həmişə demişəm, dünyanın ən güclü liqasıdır. Bütün komponentlərdə digər futbol ölkələrini üstələyir. Belə ölkənin komandalarına məğlub olsaq da, uduşumuz var. Biz möhkəm, ayaq üstə durmalı, inamlı mübarizə aparmağı bacarmalıyıq. Ən azından azarkeşlərimizi yaxşı, mübariz oyuna görə sevindirməliyik. Qələbə, məğlub olmamaq böyük avantajdır. Hər bir halda, bu cür klubların Bakıya gəlməsi uduşdur, üstəlik onlara qarşı oynamağımız da çox xoşdur.

- "Qarabağ" 2017-ci illə müqayisədə hazırda hansı durumdadır? Komanda nə dərəcədə inkişaf edib?

- 2017-ci illə bu ili müqayisə etsək, ümumi futbol çox inkişaf edib. O vaxt da klublar arasında fərq çox idi. Bu gün ola bilər ki, daha da çoxdur. Çünki əvvəllər bizim onlardan zəif cəhətlərimiz çox idi. Bəlkə indi təcrübəmiz çoxalıb. Amma İngiltərə Premyer Liqasında futbol çox inkişaf edib. Çox sürətlə irəli gedirlər. Biz nə qədər təcrübəli, inkişaf etmiş olsaq da, "Çelsi" daha çox inkişaf edir. Bu da bizim üçün təhlükədir. Buna baxmayaraq, bu gün burada dünya çempionuna qarşı oynamaq... Finalda PSJ-nin qapısına 3 qol vurublar. Onlara qarşı burada oynamaq bizim üçün əlavə stimuldur. Klublar arasında fərq böyük olsa da, yaxşı, mübariz oyun göstərməyə çalışacağıq.

- "Çelsi"də bəzi  oyunçuların olmaması "Qarabağ"da müəyyən dəyişikliklərə təkan verəcək?

- "Çelsi" son vaxtlarda rotasiyalara gedir. Bəzən Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli heyətlə oynayırlar. Amma oyun üslubu sabit qalır. Sadəcə 2 detal var. Fərqli heyətlər oynayanda icra edirlər. Sabah heyətlərinə uyğun futbolçularımıza fikirlərimizi bildirəcəyik. Bütün bunları komandaya demişik. "Çelsi" kimi rəqiblərin belə oyunlarda heyətdə dəyişiklik etməsi, onları fərqli etmir. Biz öz bildiyimizi daha yaxşı etməyə çalışacağıq. Öz sistemimizdən əl çəkməyəcəyik. Biz də oyunun gedişində xırda element, detaldan daha çox istifadə edə bilərik. Hər bir halda, bu oyundan futbolçularımz zövq almalı və sona qədər inamla mübarizə aparmalıdırlar.

- Start heyətini müəyyənləşdirmisiz, yoxsa hansısa mövqedə tərəddüd var?

- Təxmini müəyyənləşdirmişəm. Kiçik sual var, sabah səhər məşqimiz olacaq, orada tamamlayacağıq.

- Musa Qurbanlının durumu necədir?

- Üçüncü gündür ki, fərdi məşqlərə başlayıb. Hələ ki durumu belədir. 10 gün heç nə etmədi. Milli fasiləsindən sonra sıraya qoşulacaq.

- Yanvarda hücumçu transfer edəcəksiz?

- Onsuz da, hücumçu axtarışındaydıq. Bir neçə mövqe var ki, ora da oyunçu gətirmək istəyirik. Sadəcə çalışmışıq ki, transfer pəncərəsindən maksimum istifadə edək, komandamız üçün faydalı olsun. Transfer siyasətimiz elədir ki, heç bir nəticə gözləmirik. Transfer işləri daim davam edir.

- "Çelsi"nin baş məşqçisi Entso Mareska deyib ki, "Qarabağ"la matç çətin olacaq. Fikrini əsaslandırıb ki, "Qarabağ" öz meydanında intensiv oynayır. O, bildirib ki, 17 il bir komandanın baş məşqçisi kimi fəaliyyət göstərmək inanılmazdır...

- Mareskaya belə fikirlərə görə, təşəkkür edirəm. Belə fikirlər bildirirsə, komandamızla yaxından maraqlanıb, bizimlə matça ikinci dərəcəli oyun kimi baxmır. Burada götürülən hər xal, qalibiyyət liderlik üçün böyük təkandır. Bu da göstərir ki, məşqçilər, futbolçular, klub çox peşəkardır. Buna görə də o səviyyələrə gəlib çıxıblar.

- "Çelsi"yə qaşrı beşli müdafiə ilə oynamaq istəyirsiz?

- Sıx qrafikdə oynadıqları üçün problemləri ola bilər. Futbolçu yorğun olanda, potensialını göstərmir. Beşli oynamağı xoşlamıram. Bəlkə də get-gedə futbol bunu tələb edir. Bu günə kimi əldə etdiyimiz uğurları sistemimizə görə bacarmışıq. Hansısa oyunda daha çox müdafiəyəmeyilli oyun qurmaq, dağıdıcı futbol oynamaq olar. Amma bu sistemlə uzunmüddətli uğur olmur. Beşli müdafiə oynayıb, dominantlıq edən komandalar da var. Bu, başqadır. Amma sırf "Çelsi"ni qarşısını almaq üçün beşli müdafiə ilə oynamaq barədə düşünməmişəm. Oyunun gedişatında hansısa dəyişikliklər ola bilər. Sırf müdafiəçi ilə yox, hücumçu ilə də əvəzləmək olar. Fikrimi tam da geniş ifadə etməyəcəm.

- Türkiyə klublarının böyük büdcələri var, amma siz kiçik büdcə ilə uğurlar qazanırsız. Bu uğuru nəyə bağlayırsınız?

- Mən o komandalarla özümüzü yan-yana qoymaq istəmirəm. Onların öz idarəçiliyi, düşüncələri, fəlsəfələri var. Heç vaxt düşünməmişəm ki, bu klubun büdcəsi çoxdur, məndə azdır, mən ondan yaxşı nəticə verirəm. Belə düşünməmişəm. Hamıya hörmət edirəm. Düşdüyümüz duruma uyğun hərəkət edib, bundan maksimum istifadə etmək istəyirik. İndi hansısa uğur əldə etməyə imkanımız varsa, işgüzarlıq gücünə əldə etmək istəyirəm. Bu, daha ləzzətli olur.

- Qara bazar yenə də öz işini gördü, komandanı sevən çoxsaylı azarkeşlər bilet üçün əziyyət çəkirlər, kənarda qalanlar çox oldu. Belə durum sizə necə təsir edir?

- Bu barədə heç bir məlumatım yoxdur. Görmədiyim, bilmədiyim mövzuya münasibət bildirmək istəmirəm. Məncə, klub tərəfindən, həm də aidiyyatı orqanlar tərəfindən hər şeyə maksimum dərəcədə nəzarət olunur. Çünki bu, klubun da diqqətindədir. Bu mövzuya çox da girə bilmərəm.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 Noyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri