Icma.az
close
up
RU
Qurban Qurbanov Çempionlar Liqasındakı rəqibləri barədə: Burada zəif komanda olmur

Qurban Qurbanov Çempionlar Liqasındakı rəqibləri barədə: Burada zəif komanda olmur

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib.

Oxu.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis klubun Mətbuat Xidmətinə açıqlamasında mümkün rəqiblərdən biri olan "Linfild" barədə fikirlərini bölüşüb:

"Çoxdandır bu tip komandalarla qarşılaşmırıq. Baxmayaraq ki, "Linfild" bizə tanış rəqibdir. Onlarla gərgin oyunlarımız olmuşdu. Ümumilikdə sabit və nizam-intizamlı komandadır. İrlandiya futbolu da son illər inkişaf yolundadır. Hər iki komanda bizim üçün əlverişli sayılmaya bilər. Lakin rəqib barədə ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq. Belə komandalar çox istəkli olur, sürətə və fiziki gücə üstünlük verirlər. Çempionlar Liqasında zəif komanda olmur, hər biri ambisiyalıdır".

Qurban Qurbanov hazırlıq üçün kifayət qədər vaxtlarının olduğunu da bildirib:

"Təxminən bir aya yaxın vaxtımız var. Bu müddətdən səmərəli istifadə etməyə çalışacağıq. İlk oyunumuz səfərdə olacaq və məsafə xeyli uzaqdır. Amma bunları problem olaraq görmürük. Hər şəraitə uyğun hazırlıq proqramı quracağıq. Uzaq yol, hava şəraiti və digər amillərdən asılı olmayaraq, ilk matça tam hazır olmağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunu 22-23 iyul, cavab görüşü isə 29-30 iyul tarixlərində baş tutacaq. Ağdam klubu ilk matçını səfərdə keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyun 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri