Qurban Qurbanov: Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçularının "Liverpul"la (İngiltərə) matçda ən yaxşı oyunlarından birini göstərəcəklərinə inanır. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu "köhlən atlar"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Liverpul"a qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında deyib.
Baş məşqçi onları maraqlı qarşılaşmanın gözlədiyini bildirib:
"Əsas mərhələnin son oyununa çıxırıq. Möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında çıxış edəcəyik. "Liverpul"un heyətində olan futbolçular hər zaman qələbəyə istəklidirlər. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Baxış sayı:101
Bu xəbər 27 Yanvar 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















