Qurban Qurbanov: Çox vacib qələbə qazandıq...
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
"Çox vacib qələbə qazandıq".
SİA xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XV turunda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının oyunundan razı qaldığını bildirib: "Sadəcə, ilk yarıda çatışmazlıq oldu, lakin sonradan bunu düzəltdik. Matça çox ciddi hazırlaşmışdıq. Çünki "Neftçi" kimi komandaya qarşı oynayırdıq. Gözəl atmosferə görə azarkeşlərə təşəkkür edirəm".
Mütəxəssis Julio Romaonu zədəyə görə, Elvin Cəfərquliyevi isə ikinci sarı vərəqədən qorumaq üçün əvəzlədiyini deyib.
Q. Qurbanov bugünkü matçda heyətdə rotasiya etməsinin səbəbini açıqlayıb: "Oyunçular çox yüklənirlər. Buna görə də bəzi futbolçulara istirahət vermişdim. Fiziki yorğunluğu qaldırmaq asandır, lakin psixoloji vəziyyəti düzəltmək çətindir.
Baş məşqçi Azərbaycan Kubokunda "Qəbələ" ilə keçiriləcək oyun barədə də danışıb: "Bu komada aşağı liqada olsa belə, həmin stadiona səfər etmək çətin olur".
Baxış sayı:159
Bu xəbər 01 Dekabr 2024 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















