Icma.az
close
up
RU
Qurban Qurbanov: Elfsborqla oyunda çox güc sərf etməli olacağıq

Qurban Qurbanov: Elfsborqla oyunda çox güc sərf etməli olacağıq

"Sabahkı görüşdə çox güc sərf etməli olacağıq".

Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında İsveçin "Elfsborq" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib:

"Hər iki komanda üçün vacib qarşılaşmadır. Avropa Liqasında 2024-cü il üçün sonuncu oyun olacaq. Rəqib komandanın baş məşqçisi Oskar Hilyemarkın "Qarabağ"la bağlı fikirləri ilə tanış oldum. Bizimlə oyuna çox ciddi hazırlaşırlar və səbirsizliklə bu matçı gözləyirlər.

Xüsusilə səliqəli oyun nümayiş etdirməliyik. Çalışacağıq ki, bizə sərf edən nəticəni qazanaq. Sabahkı qarşılaşmaya tam olmasa da, hazırıq".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu dekabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

seeBaxış sayı:24
embedMənbə:https://moderator.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri