Icma.az
close
up
RU
Qurban Qurbanov: “Götür qoy etməmişəm bu barədə” İdmanXəbər

Qurban Qurbanov: “Götür qoy etməmişəm bu barədə” İdmanXəbər

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keeçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Çox intizamlı oynadılar. Belə oyunlarda səbirli olmaq çox vacibdir. Oyun itnizamını pozmamaq lazımdır. Xüsusilə də kubok matçında. Bu rəqiblə 4 gün əvvəl oynamışdıq. Bizi çox yaxşı təhlil etmişdilər. 80-ci dəqiqəyə kimi qol vura bilmədik. İmkanlarımız var idi, dəqiqlik çatmadı. Belə oyunlar bəzən futbolçular üçün böyük fayda verir. Rəqib səni yaxşı tanıyır, sənə oynamaq imkanı vermir. Sən də axtarışda olursan ki, rəqibi səhvə məcbur edəsən. Buna nail olanda razı qalırsan. Maraqlı oyun oldu. Hər iki komanda intizamlı oynadı. Azarkeşlərimizə təşəkkür edirəm. “Karvan-Yevlax”a və Füzili Məmmədova uğurlar arzulayıram.

– Ötən həftə “Qarabağ”da 800-cü oyununuza çıxdınız. Qurban Qurbanov hansı hissləri keçirir və 1000-ci matç sizin üçün prinsipialdır?

– Özüm heç vaxt hesablamıram. Sadəcə bəlkə daha da həvəsli oluram. Belə uğurlu statistika varsa, sevinməliyəm. Yəqin ki, hər futbolçunun arzuladığı rəqəm var. Məşqçilərin də arzuladığı karyera var. Əgər uğurlu 200-300 oyun keçirirəmsə, istəyərəm 1000-ə çatsın. Uğursuz olsa, bəlkə maraqsız olar. Hər bir halda, üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Qarşıdakı illərdə də çalışacağıq ki, daha intizamlı, məsuliyyətli olaq.

– Avrokubok matçlarınıza baxanda, görünür ki, “Qarabağ” 65-70-ci dəqiqələrdə daha çox qol buraxıb. Həmin periodda təzyiq çox olur deyə, komanda qollar buraxır?

– Hər hansı səbəbi yoxdur. Ola bilər ki, rəqib daha çox hücumda olur, bizi məcbur edir səhv buraxmağa. Həmişə bildirmişəm ki, 90 dəqiqə oyundan qopmamalıyıq, konsentrasiyamız qaydasında olmalıdır. Götür-qoy etməmişəm bu barədə.

– Ramin Musayev müsahibəsində bildirib ki, 2007-ci ildə “Neftçi”nin büdcəsi azaldığı üçün komandadan getmisiz, lakin Vlastimil Petrjala daha aşağı maaşa komandada qalıb. Doğru məlumatdır?

– Bəlkə də orada anlaşılmazlıq olub. Keçmişə qayıtmağa ehtiyac yoxdur. (Sportal.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 03 Dekabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri