Qurban Qurbanov: “Hazırlaşmağa vaxtımız az oldu”
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə “Nyukasl”la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:
"Çox vacib oyundur. Azərbaycan futbol tarixində bu bir ilkdir. Həm də “Nyukasl” kimi köklü kluba qarşı oynamaq. Hazırlaşmağa vaxtımız az oldu. Futbolçularımın hazırlığına baxıram. Çox məsuliyyətli davranırlar, həyəcanlıdırlar. Bu, bizə inam verdi ki, futbolçular matçı səbirsizliklə gözləyirlər. Hamısı sabah ən yaxşı oyunlarını oynamağı düşünürlər. Rəqibi izləmişik. Bizə uyğun olmayan futbol tərzləri var. Premyer Liqada heç bir komanda onlara qarşı oynamaq istəmir. Azarkeşlərin önündə ağıllı, cərasətli oyun oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. Həm fiziki, həm də sürətli futbol oynayırlar. Futbolçularımız özlərini ən yaxşı tərəfdən göstərəcəklər.
- “Nyukasl” kimi “Qarabağ” da hücum komandasıdır. Sabah ehtiyatlı oyun izləyə bilərik?
- Baxmayaraq ki, hücumda oluruq, həmişə ehtiyatımızı tutmuşuq. Bəzi amillər var, rəqibin ustalığı kimi. Buraxdığımız qolların sayı buna görə çoxdur. Daha yaradıcı olmalıyıq. Çoxlu variantlar axtarmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola müdafiədə inamlı çıxış etsinlər. Məşqlərdə də buna çalışırıq. Rəqib də buna hazırlaşıb. Bəzən biri geridə qoyurlar. Amma mütləq şəkildə 2 futbolçunu düşünməliyik. Çox istərdim ki, azarkeşlərimiz oyundan həzz alsınlar. Məğlub olsaq da, açıq oyun getsin. Cavab oyunu üçün vaxtımız olacaq.
- “İmişli” ilə oyundan sonra demişdiz ki, bərpa üçün 2-3 gün lazımdır. Oyuna hazırsız?
- Maksimum bunun üçün çalışdıq. Bir neçə gün öncəki olaylara dönməyə ehtiyac yoxdur. Fikrimizi buraya yönlədnirməliyik. Futbolçularla da bu barədə danışdıq. Demək olar ki, matça hazırdırlar. Hansısa hissədə yorğunluq hiss oluna bilər. Amma özlərində güc tapıb sona qədər mübarizə aparacaqlar.
- “Nyukasl”ın liqada işləri yolunda getmir. Bu, sizə necə təsir edəcək?
- Əksinə, iki ardıcıl qələbə qazanıblar. O Liqada elə bir fikir yoxdur ki, işlıər yolunda getmir. Premyer Liqada 1-ci yerlə 10-cu yer arasında fərq görünmür. Onların üstünlüyü də budur. Bəzən ingilislər öz liqalarını ÇL-dən üstün tuturlar. Hər oyuna qələbə üçün çıxırlar. Belə düşünməli deyilik.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Okan Buruk: “Yuventus”un oyunlarını izləyərkən…” Spaletti: "Qalatasaray"ın keyfiyyəti bizim üçün çətinlik yaradır“ AFFA nümayəndəsi Çempionlar Liqası matçında Millimizin oyunlarının təqvimi açıqlanıb Montella: “İtaliyaya qarşı qəribə hisslər keçirəcəm”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 17 Fevral 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















