Qurban Qurbanov: “İkinci hissədə daha rahat oynadıq”
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Çox vacib qələbə qazandıq. Komandada balans yox idi. Çünki xeyli müddətdir futbolçular bir yerdə deyildi”.
İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 8-ci turunda “Turan Tovuz”la oyundan sonra deyib.
Matç 2:1 Ağdam klubunun qələbəsi ilə bitib.
“Heyətdə rotasiyalar etmişdik. Topla tam istədiyimiz kimi davrana bilmirdik. Rəqib ilk hissədə buna imkan vermirdi. İlk yarıda top 12-15 dəqiqə oyunda oldu. Daha çox uzun toplar, mübarizə var idi. Demək olar ki, heç nə edə bilmirdik. Top 2-3 dəqiqə oyunda qalmırdı ki, meydanda düzgün yerləşək. Amma ikinci hissədə tam fərqli oyun oldu. Rəqibin gücü bir az azaldı. İlk yarıda çox enerji itirdilər. İkinci hissədə daha rahat oynamağa başladıq. Futbolçular çox əziyyət çəkdilər”, - Qurbanov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 17 Oktyabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















