Icma.az
close
up
RU
Qurban Qurbanov: Lion böyük klubdur, belə problemlər sadəcə sözsöhbətlərdir

Qurban Qurbanov: Lion böyük klubdur, belə problemlər sadəcə sözsöhbətlərdir

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çox keyfiyyətli komandaya qarşı oynayırıq. Oyun sistemi olaraq, fərdi oyunçuların bacarığı olaraq belədir. Bizim üçün vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, sabahkı matçda diqqətli olaq. Bu çox vacibdir. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək, uğurlu nəticə əldə edək".

"Qarabağ" sabah Avropa Liqasının 5-ci turu çərçivəsində "Lion"la qarşılaşacaq. Sportal.az xəbər verir ki, matçdan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib. 

- Marko Veşoviç və Mateus Silvanın hazırlıq durumu imkan verir ki, ilk dəqiqələrdən meydana çıxsınlar?

- Pis deyil. Hər iki futbolçunun hazırlığı yaxşı səviyyədədir. Bu gün və sabah tam qəti qərar verəcəyik ki, onlar əsas heyətdə olacaq, ya yox. Ümumi hazırlıqlarından bu günə razıyam.

- Fransa klubu maddi və mənəvi çökmüş komandadır. Bu faktlar sizin qələbə qazanmaq üçün şanslarınızı artırır?

- Heyətləri ilə maraqlanmışıq. Oyunlarına da baxmışıq, təhlil etmişik. Öz heyətimiz də bəllidir. Kimin meydanda olması bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var. Rəqibə gəldikdə, böhran oldu və ya olmadı, biz qələbə üçün hazırlaşırıq. İstənilən rəqibə qarşı belədir. Bunlar hamısı söz-söhbətlərdir. Belə böyük klubların maliyyə böhranını yoluna qoymaq üçün ciddi problem görmürəm. Hər il istənilən böyük  klubda belə söz-söhbətlər gəzir. Belə hallarda onlar 1-2 oyunçusunu başqa kluba satır, problemi həll edirlər. Oyunçularının dəyəri yüksəkdir. Bugünkü matça bu fikirlərlə yanaşmaq bizlər, sizlər üçün doğru olmaz. Məğlub olanda da fikirlər olur ki, belə problemi olan kluba qalib gələ bilmədilər. "Lion" illərin klubudur. Belə problemlər sadəcə söz-söhbətlərdir.

- Rəqibin "Lion" olduğunu nəzərə alsaq, hansısa xüsusi gedişat olacaq? Yoxsa, digər oyunlara necə hazırlaşmısınızsa, bu oyuna da eyni yanaşma olacaq?

- Biz həmişə çalışmışıq ki, öz oyunumuzu yaxşılaşdıraq. Həm məşqdə, həm də oyunda. İlk silahımız bu olmalıdır. Öz bacardığımızı daha keyfiyyətli şəkildə yerinə yetirək. Amma istənilən rəqibin üstün cəhətlərinin qarşısını almalıyıq. Hər komandanın üstün cəhətləri var. Sadəcə bir neçə detal, element var ki, digər rəqiblərə qarşı necədirsə, bu rəqibə qarşı da o detallarda diqqətli olmalıyıq. Hər matçda oyunun gedişində 1-2 dəyişiklik olur. "Lion"un üstün keyfiyyətini nəzərə alaraq, detallara fikir verməliyik. Hücum planımızda da çox yox, 1-2 əlavə düşüncələr olacaq. Həyata keçəcək ya yox, oyunun gedişatından asılıdır. Hazırlığın çox hissəsini öz oyunumuzun, düşüncələrimizin üzərində qururuq.

- "Lion"u hansı xüsusi keyfiyyətlərə görə təəccübləndirəcəksiz?

- Bir rəqib haqda çox məlumat verməyi xoşlamıram. Sadəcə futbolçularıma məlumat verirəm. Bayaq dedim ki, çox keyfiyyətli komandaya qarşı oynayacağıq. Bizim ən böyük gücümüz kollektiv oyuna üstünlük verməyimizdir. Həm hücumda, həm də müdafiə xəttində belədir. Çünki bu gün komponentlərə baxsaq, "Lion" bizdən üstün görünür. Daha yaxşı liqada oynayır, daha böyük klubdur. Amma bizim Avropada böyük təcrübəmiz var. Bundan istifadə edərək, belə komandalara qarşı düzgün oynamağa çalışmışıq. Kollektiv şəkildə çalışacağıq ki, lazım olan nəticə üçün meydanda ən doğrusunu edək.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Noyabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri