Qurban Qurbanov: “Lion”la oyuna da eyni istəklə çıxacağıq
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
"Sabah keyfiyyətli komandaya qarşı oynayacağıq. Matça ciddi hazırlaşmışıq".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" klubuna qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:
"Lion" təcrübəli komandadır. Onlarda maliyyə problemi olsa belə, düşünürəm ki, bu nüans meydanda özünü göstərməyəcək. Heyətində çox keyfiyyətli oyunçuları var. Doğma meydanda oynayırıq. Azarkeşlərimizi sevindirmək istəyirik”.
Mütəxəssis "Lion"un mübarizə apardığı Fransa çempionatının səviyyəsinin yüksək olduğunu vurğulayıb:
"Bu komandanın Avropada böyük təcrübəsi var. Digər oyunlara necə yanaşırıqsa, sabahkı matça da həmin istəklə çıxacağıq".
Q.Qurbanovun sözlərinə görə, zədəli olan Mateus Silva və Marko Yankoviçin son durumuna sabah aydınlıq gələcək.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Noyabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















