Qurban Qurbanov media önünə çıxacaq
Icma.az, Sportal.az saytına istinadən bildirir.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo” (Kiyev, Ukrayna) qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 12-də saat 13:30-da “Azersun Arena”da baş tutacaq. Saat 18:45-da isə Ağdam klubunun media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.
Qonaq komandanın baş məşqçisi İqor Kostyukun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək mətbuat konfransı saat 17:00-da start götürəcək. “Dinamo”nun ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 17:30-da başlayacaq.
Media nümayəndələri akkreditasiyalarını avqustun 12-də saat 10:00-dan 16:00-dək “Azersun Arena”nın media otağından əldə edə bilərlər.
Qeyd edək ki, avqustun 13--də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi
Baxış sayı:125
Bu xəbər 10 Avqust 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















