Qurban Qurbanov milliyə niyə gəlmir? AFFAdan CAVAB
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
“Hazırda AFFA-da işlənib hazırlanan yeni strategiya AFFA-nın yeni prezidenti Rövşən Nəcəfin irəli sürdüyü baxışlara əsaslanır. Müəyyən bir qismini Rövşən Nəcəf 2 aprel, 2024-cü il tarixində AFFA-nın Hesabat-Seçki Konfransında da səsləndirmişdi. Əlavə olaraq, sözügedən strategiyada AFFA İcraiyyə Komitəsinin üzvləri və ümumi olaraq futbol ictimaiyyətinin də məqsədəuyğun fikirləri nəzərə alınacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri sports.az saytında yayımlanan müsahibəsində AFFA-nın vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov səsləndirib.
O deyib ki, yeni strategiyanın bu ilin sonuna qədər ictimaiyyətə təqdim olunacağı və geniş müzakirəyə çıxarılacağı nəzərdə tutulur.
B.Qasımov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova niyə milli komandanın baş məşqçisi vəzifəsinin təklif olunmadığı haqda sual da ünvanlanıb. O, bununla bağlı bildirib:
“Bu sual mənə verilibsə, yəqin ki, nəyə görə Qurban Qurbanovun namizədliyinin şəxsən mənim tərəfimdən irəli sürülməməsindən söhbət gedir. İlk növbədə, qeyd edim ki, Qurban Qurbanova böyük hörmətim var və o bu məsələdə mövqeyimi yaxşı bilir. Milli komandanın davamlı uğurlarının əldə olunması üçün çox vaxt lazımdır.
Artıq qeyd etdiyim kimi, Qurban Qurbanov “Qarabağ”ı tərk etsə, bu, “Qarabağ” üçün böyük itki ola bilər. Düşünürəm ki, Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ”ın beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edərək uğurlar qazanması çox vacibdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 15 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















