Icma.az
close
up
RU
Qurban Qurbanov: “Nə “Neftçi”ni, nə də “Sabah”ı özümüzdən ayırmıram”

Qurban Qurbanov: “Nə “Neftçi”ni, nə də “Sabah”ı özümüzdən ayırmıram”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının II turunun “Qarabağ” – “Kəpəz” oyunundan (3:0) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

–  Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Sürətli, dinamik oyun olduğu üçün çox razı qaldım. Rəqib haqqında məlumatımız az idi, çünki yeni yığılan komandadır. Yaxşı müdafiə olunub, hücumlarda iştirak etmək istəyirdilər. “Kəpəz”ə uğurlar arzulayıram. İnanıram ki, Adil müəllim oyundan oyuna keçən ilki komandanı qaytaracaq.

–  Gənc qapıçı Sadiq Məmmədzadə debüt etdi. Onunla bağlı fikirləriniz və gələcəkdə əsas heyətdə ola bilərmi?

–  Düzü, bu gün bir o qədər də işi olmadı. Səhv etmirəmsə, Premyer Liqada ilk oyunu idi. Əgər daha yaxşı səviyyəyə gəlsə, potensialını artırsa, məşqçiləri onunla bağlı müsbət fikirləri mənə ötürsələr, niyə də olmasın? Həm bacarıqlı, həm də istəkli biridir. Kollektivə tez uyğunlaşsa, daha tez böyüyə bilər. Çox istərdim ki, öz bacarığını göstərsin və ondan istifadə edə bilək.

–  Sizcə, “Qarabağ” üçün çempionluq yolunda ən ağır rəqib hansı ola bilər?

–  Mən özümüzü kənara çəkmirəm. “Sabah” klubu ilə də bağlı indidən nəsə demək çətin olar. Keçən il onlar bizi məğlub etmişdi. Onların buna potensialı var. Nə “Sabah”, nə də “Neftçi”dən özümüzü ayırmırıq. Qarşıdakı oyunlara maksimum hazır olmalıyıq. Ola bilər ki, bizə rəqib olan komandaların sayı keçən ilə baxanda bu il daha da çoxalsın. Heç bir rəqibə zəif baxmırıq.

 

–  Musa Qurbanlının hazırki vəziyyəti nə yerdədir?

–  Musanın vəziyyəti normaldır. O, fərdi olaraq məşqlərə başlayıb. Ola bilsin ki, 10 günə tam olaraq komandaya qoşulsun.

–  “Ludoqorets”in baş məşqçisi Georgi Dermençiyev bildirib ki, “Qarabağ” səfərdə qalib gəlmək üçün ağıllı oynamalıdır…

 –  Çalışırıq ki, həmişə ağıllı oynayaq. Başqa çıxış yolumuz yoxdur. Qalib gəlmək lazımdır. Bakıdakı bəzi səhvləri etməli deyilik. İnanıram ki, futbolçularım buradakı oyundan daha yaxşı, daha möhkəm oynayacaqlar. Qarşımızdakı rəqibə hörmətlə yanaşırıq. Əvvəlcədən də demişdim ki, oyunçularının ustalığı yüksəkdir. Bakıdakı oyunda üstünlük bizim tərəfdə idi. Amma çox tez bir zamanda qol epizodları yaratdılar. Buna hazır olmalıyıq. Təcrübəmiz var. Qələbə qazanmaq üçün çalışacağıq.

 

–  Juninyo bu mövsüm artıq altıncı qolunu vurdu. Avropanın idman mediasının Juninyo ilə bağlı tez-tez paylaşım etməsi sizi qorxutmur ki?

 –  Hazırda inanmıram. Juninyo özü də təcrübəli, dərin düşüncəli biridir. Bilir ki, bu anda heç kimlə danışığa getmək lazım deyil. İnanmıram Juninyoda belə fikir olsun. Hamının fikri qarşıdakı oyunlaradır. Olsa da, narahat olmalı məqam yoxdur. Təklif olsa, nə deyə bilərik? Sadəcə olaraq futbolçu ilə danışıqları davam etdirəcəyik. O da bilir ki, müqaviləsi yenilənib. Onun potensialı daha böyükdür, daha yaxşı çıxış edə bilər. O, get-gedə komandaya uyğunlaşa bilər. Daha yaxşı Juninyo görə bilərik. Düşünürəm ki, fikri bu komandadır.

 

– “Ludoqorets”lə oyunda məğlubiyyətə səbəb nələr idi?

 – Səbəbləri demək düzgün çıxmaz, çünki deyəcəm ki, biz qol epizodlarından istifadə edə bilmədik, rəqib isə boşluqlar tapıb, fərqləndi. Rəqib 10 futbolçu ilə müdafiə olunurdu. Orada sürətli qərar vermək elə də asan deyil. Fərdi epizodlarda rəqib daha yaxşı oldu. 1-3 hesabı ilə də uduza bilərdik və əksinə də ola bilərdi. Ola bilər ki, biz səfərdə daha dəqiq olaq. Niyə qol vura bilmədik, niyə rəqib vurdu? Cavab versəm, uşaq kimi cavab vermiş olaram. Biz daim dominantlıq edirik, boşluqlar geridə olur. Beləcə 5 rəqibdən 1-i bundan istifadə edə bilir. Ölkə çempionatında da belə olur. Rəqibin də necə oynayacağını bilmirik. Biz mütləq rəqibin üzərinə gedəcəyik. Niyə uduzduq, qeyri-ciddi görünür. Onları təbrik etdim. Futboldur, idmandır. Hər oyun, hər hücum düşündüyümüz kimi olmur. Qarşımızda robot yox, insandır. Onların da düşüncəsi var. Səfərdə mübarizəmiz daha da bərk olacaq və olmalıdır. Daha da aktiv olmalıyıq.

 

 – İkinci oyunda Tekpetey və Kayonun olmaması sizin üçün üstünlükdür?

 – Rəqibin heyətində 30-dən çox legioner var. Ola bilər ki, onların olmaması komandanı bir az yığsın, daha da ciddi olsunlar. Ona görə üstün tərəfləri olsa da, digər tərəfləri də var. Buradakı oyunda o oyunçulara görə hazırlaşmışdıq. İndi səfərdəki matçda həmin oyunçular olmayacaq və ola bilər bizi sürprizlər gözləsin. Müsbət və mənfi tərəfləri var. Öz oyunumuzdan əl çəkməyəcəyik. Hücumlarımızın sayını çoxaltmalıyıq. Müdafiədə daha möhkəm və keyfiyyətli oynamalıyıq.

Fərrux Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 İyul 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri