Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı
Icma.az, Qol.az saytına istinadən bildirir.
“Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində “VSG Tirol”la (Avstriya) keçirilən yoxlama matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
4:0 hesablı qələbəni şərh edən mütəxəssis bildirib yeni transferlərin istəkli olduğunu, komandaya fayda verəcəklərini qeyd edib: "Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə ki, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik”.
Xatırladaq ki, "Qarabağ"ın qollarından üçünü yeni trasnfer Zakaria Savo, birini isə Kamilo Duran vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 28 İyun 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















