Qurban Qurbanov: Son oyunumuz çox ciddi rəqibə qarşı idi
Cbcsport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Son oyunumuz çox ciddi rəqibə qarşı idi".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Liqa mərhələsinin son matçında məğlub olduqlarına görə üzgün olduqlarını bildirib:
“Son oyunumuz idi və çox ciddi rəqibə qarşı. Bu komandanın bu il Avropa Liqasının qalibi olmağa iddialı olduğuna şübhə etmirəm. Çünki keçən il Konfrans Liqasını qazanıblar, bu il isə arzuları, istəkləri, hədəfləri çox böyükdür. Bu komandada sürət, dinamika var. Son oyunumuzda sonacan dözümlü olmağa, çox yaxşı oynayıb yüksək nəticə əldə etməyə çalışdıq”.
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunun "Olimpiakos" - "Qarabağ" oyunu Yunanıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 31 Yanvar 2025 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















