Icma.az
close
up
RU
Qurban Qurbanov: “Transfer xətrinə transfer etmək istəmirik” İdmanXəbər

Qurban Qurbanov: “Transfer xətrinə transfer etmək istəmirik” İdmanXəbər

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Qarabağ” Misli Premyer Liqasının 19-cu turunda öz meydanında “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Çatışmazlıqlarımız çox idi. Bu gün sürət, dinamik və baxımlı oyun gözləmək asan deyildi. Çox vacib qalibiyyət əldə etdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. “Şamaxı” öz oyununu get-gedə daha da təkmilləşirir. Ayxana uğurlar arzulayıram. Azarkeşlərimiz belə havada bizə dəstək oldular. Onlara təşəkkür edirəm.

– “Qarabağ”ın bu gün iki qol buraxması sizin üçün sürpriz oldu?

– “Şamaxı”nın özünəxas oyun üslubu var. Məni qol buraxmağımız narahat edir. Müdafiədə daha diqqətli olmalıyıq. Bu cür bəsit qollar buaxmaq olmaz. Bu oyun üslubunu “Şamaxı” yaxşı yerinə yetirir. Bilirlər ki, meydanda necə yerləşmək lazımdır. Texniki səhvlərimiz oldu. Məni narahat etdi. Belə buraxılan qolların komandaya faydası çox olur. Oyunun gedişatında daha ciddi və diqqətli olmalıyıq.

– Yoxlama oyunlarında gəncləri sınaqdan keçirdiz. Premyer Liqa matçlarında da belə olacaq?

– Hələ tezdir. Baxacağıq. Amin Rzayevin 16 yaşı var. Bərkiməlidir. Davud Məsumov var. Bir ay idi ki, komanda ilə məşq edirdi. Baxacağıq.Görsək ki, o sürətə dözmə qabiliyyətləri var, şans verəcəyik.

– Mateus Silva sanki müdafiənin mərkəzində oynamağa öyrəşməyib. Bəhlul FKSB ilə matçda oynaya bilər, yoxsa planlar başqadır?

– Fərqli səhvlər idi. Mövqe səhvi olduğunu demək doğru deyil. Mateusun başqa üstün keyfiyyətləri var. Sabah Kevin də, Mateus da əsas heyətdə olmaya bilər. Hər bir oyunçunun oynamaq ehtiamalı var. Bəzən heyəti rəqibə görə də formalaşdırırıq. Bəhlul komanda ilə məşqərə başlayıb. Beş günümüz var. Duruma bxacağıq.

– Adətən “Qarabağ”dan gedən futbolçuların geridönüşü bir neçə dəfə müşahidə olunub. İndiki dönəmdə yeni forvardın gəlməsi, komandaya öyrəşməsi zaman ala bilər. Sabiq futbolçularınıza nəzər salsaq, məsələn, İbrahima Vadji var, “Sent-Etyen”də çox da oynamır. Onu ən azından yaya qədər komandaya kömək etmək üçün geri qaytarmaq məsələsi aktual olub?

– Vadjiyə diqqət ayırmamışıq. Hələ ki, başqa oyunçuları gözdən keçiririk. Amma Vadji də orada ola bilər.

– “Qarabağ” hələ də oyunçu almayıb. İcraiyyə Komitəsinin legioner limiti ilə bağlı qərarını gözləyirsiz?

– Az müddət oldu. Juninyo getdi, çempionat dekabrın 21-də tamamlandı, yanvarın 17-də yenə oynadıq. Müddət çox az idi. Hazırda oyunçu götürməyimiz üçün limitin bura aidiyyatı yoxdur. İstədiyimiz mövqelərə bəyəndiklərimiz olsa, mütləq götürəcəyik. Ötən aylarda da neçə oyunçumuz zədələndi, balansı qoruya bilmədik. Bəzi rotasiyalar edirdik heyətdə. Bu ay 15 gündə 5 oyunumuz var. Transfer xətrinə transfer etmək istəmirik. Çox istərdik ki, ürəyimizcə olan oyunçular olsun. Axtarışdayıq.

– Yassin Benzianın mövqeyində kimi görəcəyik?

– Andrade də, Zubir də ola bilər. Rəqibdən, edəcəyimiz rotasiyalardan asılıdır. Hər ikisinin o mövqedə oynamaq potensialı var.

– FKSB-ni analiz etmisiz. O komanda haqda nə deyə bilərsiz?

– Ağır komandadır. Çox intizamlı oyun üslubları var. Meydanın mərkəzində 10 nəfərlə müdafiə olunurlar. Bütün oyunlara baxırıq. Fiziki cəhətdən bərk komandadır. Asan rəqib kimi görünmür. Çalışacağıq ki, daha aktiv olaq. Çünki çox təhlükəli əks-hücumları var, standart vəziyyətlərdə təhlükəlidirlər. Sırf nəticəyə oynaya bilirlər. Tipik Avropa komandası kimi intizamlıdırlar.

– Mediada bəzi futbolçuların “Qarabağ”la adı hallanır. Bunlar Qurban Səfərov və Denis Ədilovdur. Siz bu məsələlərdə məlumatlısız? Əvəzedici heyətin gücləndirilməsini istəyirsiz?

– Tam məlumatlı deyiləm. Aftandil Hacıyev oradadır. Çox keyfiyyətli iş görür. Özü də bilir ki, ona çox güvənirik. 100 faiz qəbul olunduqdan sonra öz fikirlərimi bildirərəm. İndi tam ətraflı cavab verə bilməyəcəm. Orada da yaxşı kollektiv formalaşdırmaq istəyirik. Çünki əvəzedici heyət də bizim üçün vacibdir.

– Gələn həftə İK-nin iclası olacaq. Beş illik strategiya planına ümidlisiz?

– İnanın ki, çox istəyərəm ətraflı danışım, sizinlə Azərbaycan futbolu haqda danışaq. Əgər bu qərar qəbul olunmayıbsa, ictimaiyyətə açıqlanmayıbsa, sizə fikir bildirə bilməyəcəm.

– Strategiya açıqlandıqdan sonra deyəcəksiz ki, filan təklifi mən vermişdim?

– Özüm təklif verməmişəm. Ümumi diskusiya gedib. Öz fikirlərimizi hansısa formada bildirə bilərik. Belçika şirkətinin təcrübəsi böyükdür. Olsa, deyəcəm, olmasa deyəcəm.

– Orada futboldan başı çıxan iki nəfər var…

– Bir az hörmətlə yanaşmaq lazımdır. Futboldan başı çıxmaq ağır kəlmədir. Orada oturan insanların hər biri də məsuliyyətlidir. İstənilən qurumda əyləşənlərə hörmətlə yanaşmalıyıq. İş onlara tapşırılıbsa, qərarları gözləmək lazımdır. Bu tip suallardan qaçıram. Sadəcə tövsiyyəm odur ki, istənilən şəxsə, sahəyə, ələlxüsus da mediada bildiriləsi fikrə hörmətlə yanaşaq. 

– Fasilə müddətdində ən çox müzakirə edilən legioner limitinin ləğvi idi. Siz bu haqda nə düşünürsüz?

– Neçə dəfə cavab verim? (gülür). Cavabım eynidir. Fikir bildirməyim düzgün olmazdı. (Sportal.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 24 Yanvar 2025 03:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri