Icma.az
close
up
RU
Qurban Qurbanov: Transferləri mütləq etmək istəyirik

Qurban Qurbanov: Transferləri mütləq etmək istəyirik

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşünə çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Şelburn"u 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb: 

- Futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçdik, iki qələbə qazandıq. Bu gün tam razı qaldığım məqamlar olmadı. Ancaq futbolçulara bir o qədər də irad bildirə bilmədim. Çünki öz optimal formalarından uzaqdırlar. Sadəcə onların yanında olub, bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı xoşlamır. Bu gün də bunu gördük. İrlandiyadakı oyunda uduzsalar da, burada çox motivasiyalı, istəkli idilər. 1:0-dan sonra üzərimizə gəldilər, əl çəkmədilər. Möhtəşəm azarkeşlərimiz var idi. Onları hər zaman stadionda bu qədər çox xoşdur, motivasiyadır. Sabah üç komandamız oynayacaq, hər üç komandamıza uğurlar arzulayıram. Allah qoysa, sərfəli nəticələr qazanarlar.

- Yeni oyunçuların adaptasiyası necə gedir?

- Normaldır. Məşqlərdə pis deyillər. Düzdür, texniki və fiziki tam hazır deyillər. Amma bir neçə oyun lazımdır ki, adaptasiya olsunlar. Amma vacib odur ki, kollektivə uyğunlaşsınlar, nə qədər futbolçularla dialoqda olsalar, oyuna girmək asan olur. Normaldır.

- Kadi Borges yenidən vinger kimi oynayacaq, yoxsa bugünkü kimi orta sahədə oynayacaq?

- Kadi universal futbolçudur. Hətta onun kareyrasında bu mövqedə oynayıb, sonradan hücumameyilli olub. Həm rəqibə uyğun, həm bizə lazım olan anlarda istənilən mövqedə oynayır. Bu cür oyunçuların faydası çoxdur.

- Marko Yankoviçin yoxluğu hiss edilirdi? 

- Yankoviç digərləri kimi bizim vacib oyunçularımızdan biridir. Amma əfsuslar olsun ki, futbolda zədə, cəza olur. Olmayanda, digər futbolçular bu mövqedə oynamağa hazırdırlar. Hər bir futbolçunun sağlam olması həm mənim məşq prosesimi yaxşılaşdırır, həm də oyuna hazırlığımı asanlaşdırır. Allah qoysa, tez bir zamanda dönəcək, öz mövqeyində yəqin ki, oynayacaq. Kadi Borges Yankoviçin mövqeyində oynayırdı. Digərləri də orta sahədə faydalı iş gördülər.

- Əcnəbi hücumçu gələcək?

- Bu gün əlimizdə konkret xəbər yoxdur. Şablon cavab verəcəm. Çox istəyirik ki, bir neçə futbolçu dəvət edək. Son transfer pəncərəsinə kimi çalışacağıq ki, transfer edək. Buna ehtiyacımız var. Futbolçu sayı baxımından və keyfiyyət baxımından. Olmasa da, indiki oyunçularımızdan razıyam. Sadəcə bu gün ən azından KL-ın qrupunu təmin etdik. Futbolçu sayı, özü də keyfiyyətli futbolçu sayı çox lazım olacaq ki, avrokuboklarda da tempimizi qoruyaq. Transferləri mütləq etmək istəyirik.

- Tahir Gözel dedi ki, 10 nömrə və mərkəz hücumçusu transfer etmişik. 3-cü tura qədər Bakıya gələcəklər?

- Etmişik deyir? Yox, etməmişik.

- "Qarabağ"da penaltilərlə bağlı sindrom qalıb. Kadi Borges fərqlənə bilmədi...

- Bəlkə də qapıçını aldatmaq istəyirdi, qapıçı onu aldatdı. Penalti o dərəcədə heç birin futbolçunun üzərinə gedəsi element deyil. Ən böyük oyunçular da penalti qaçırıblar. Bizim yaxşı penalti vuran oyunçularımız var. Toral Bayramov 15 penaltini bəlkə dalbadal vurub. Kadi çempionat oyununda da vurmamışdı. Amma əvvəllər vurub. Bəlkə hesab 0:0 olsaydı, vuracaqdı. Qapıçıları da nəzərə almaq lazımdır.

- Kevin Medina sarı vərəqdən sonra əvəzlədiz. Yeni transferi yoxlayırdız?

- Mmaeyə şans yaratmaq istəyirdik. Həm də Medinanı riskə atmaq istəmədik. Rəqibin oyun üslubu elədir ki, hücumçu hündürboyludur, istər-istəməz sarı vərəqə almaq ehtimalı çox idi. Həm də Mmaeyə şans yaratdıq.

- "Qarabağ" tam gücü ilə oynadı, yoxsa əsas gücünü növbəti oyunlara saxladı?

- Belə bir şey yoxdur ki, tam gücümüz olsun, hamısından istifadə etməyək. Sadəcə hazırlıq o səviyyədə deyil. Lazımı qədər güc sərf etdik.

- 12-ci ildir ki, ardıcıl avrokubokda müntəzəm mövsümə vəsiqə qazanır. Bu mövsüm "Qarabağ"dan nə gözləyək?

- 12 ilin olması stabillikdir. Həm çempionatda, həm avrokuboklarda biz daha artığını istəyirik. Əgər şansımız varsa, bundan istifadə edəcəyik, hazırlaşacağıq. Hər bir halda qruplarda oynamaq neçə ölkənin futbolunun burada canlı görmək deməkdir. Futbolu Azərbaycanda sevdirmək, insanları yaxşı istirahətə cəlb etmək yaxşıdır. Məğlubiyyətlər olsa da, hamı gəlir cəm şəkildə birlikdə olur, Azərbaycan, "Qarabağ" deyə qışqırırlar. Hələ nə qədər oyun olacaq. Gələcək futbolun inkişafı üçün böyük təkan və motivasiyadır. Həm də, yaxşı, gənc uşaqların futbola cəlb olunması üçün motivasiyadır. Ailələrin uşaqları futbola göndərməsi üçün yaxşı motivasiaydır. Nəticələrə qaldıqda, payızda bilmirəm nə deyə bilərik. Çalışacağıq ki, keçən mövsümkündən daha yaxşı çıxış edək. Asan deyil. Avropada futbol çox inkişaf edib. Çempionatda oyunlar belə atmosferdə olsa, yaxşı meydançada olsa, inkişafımız birə-beş artacaq. Çox azarkeş futbolun 50 faiz gözəlləşməsi və inkişafının sürətlənməsidir. 

- Patrik Andrade maddi məsələdə razılıq əldə olunmadı, yoxsa necə?

- Hansısa səbəb demək düzgün çıxmaz. Səbəb yoxdur. Andrade mənim düşündüyümü futbolu yaxşı icra edənlərdən biridir. Bəzən komandada hansısa yenilik lazım olur, bəzi detallarda dəyişiklik lazım olur. Andradedən oyunundan,davranışdan razı deyildim demək, doğru deyil. Əksinə ən razı olduqlarımdan biri idi. Sadəcə bəzən belə qərarlar da olur.

- Ötən ay komanda Ağdama səfər etdi. Allahverdi Bağırovun məzarı ziyarət edilməmişdi. Niyə bu ziyarət olunmadı? Şəxsi olaraq ziyarət etmisiz?

- Etməmişəm. Orada sıx qrafik tutulmuşdu. Dəqiqələr də, bölünmüşdü. Həm hazırlığın sıx anında səfərə getdik. Məqsəd kuboku ora aparmaq idi. Bir neçə şəhərdə görüşlər keçirdik. Proqramımızda məzarın üzərinə getmək ayrılmamışdı. Amma həmişə onu yad edirik, bizim qəhrəmanımızdır, ürəyimizdədir. Mənim xüsusən belə insanlara çox böyük dəyər verirəm. Bəlkə onu sala bilərdik proqrama. Bizi də düzgün başa düşün. Yəqin ki, çalışarıq onu da edək.Hər bir halda burdan ora aparmaq, yol getmək, yorğunçuluq oldu, görüşlər etdik. Hətta son görüşümüzdə Füzuliyə döndük, vaxtımız yox idi. Dörd şəhərdə olduq. Füzulidə daha geniş görüşümüz olacaqdı, sadəcə təyyarə gözləyirdi. Sabah artıq məşqimiz olacaqdı. Ona görə bizi düzgün başa düşün. Bizdən küsməyin, narazı olmayın. Nə görmətsizlikdir, nə də başqa şey.

- Sabah klublarımız avrokuboklarda oynayacaqlar. Proqnozlarınız necədir?

- Proqnoz verməyi xoşlamıram. Sadəcə çox böyük ümidlə, inamla komandalarımıza güvənirəm. İnanıram ki, yaxşı nəticələr qazanacaqlar.Dönməsələr də, biz onların yanındayıq, uğurlar arzulayıram. Ümidim böyükdür ki, səfərdən uğurla dönəcəklər.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 İyul 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see6001

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see385

TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq

15 Sentyabr 2025 23:28see271

Ülviyyə Fətəliyeva Grand Swiss də ilk onluğa daxil olub

15 Sentyabr 2025 20:32see196

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see188

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see153

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see145

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see142

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see141

Stanislav Lemin fantastik ideyası reallığa çevrilir: Ağıllı toz dövrü başlayır

16 Sentyabr 2025 04:19see133

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see133

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

15 Sentyabr 2025 18:12see131

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see130

“İsrail regional təhlükəsizliyə birbaşa təhdiddir” BMT yə üzvlüyünün dondurulması tələb edildi

15 Sentyabr 2025 21:27see130

Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclüdür

15 Sentyabr 2025 17:41see126

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

16 Sentyabr 2025 21:17see125

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

16 Sentyabr 2025 19:23see125

İtaliya NATO nun şərq cinahını gücləndirmək üçün keçirəcəyi əməliyyatda iştirak edəcək

16 Sentyabr 2025 01:16see124

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

16 Sentyabr 2025 23:35see121

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

17 Sentyabr 2025 04:57see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri