Qurban Qurbanov yoxlama oyunlarından danışdı
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ötən gün iki yoxlama oyunu keçirib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın “Osiyek” və Polşanın “Zaqlebye” kollektivini 3:1 hesabı ilə məğlub edib. Baş məşqçi Qurban Qurbanov görüşlər barədə fikirlərini bildirib:
“Toplanışın son günü idi. Hazırlıq dönəmində bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik. Müəyyən səbəblərdən bəziləri bir qədər az oynadılar. Ümumilikdə bu gün keçirdiyimiz hər iki görüş yüksək səviyyədə alındı. Ən əsası, intizamlı çıxış etməyə çalışdıq. Futbolçular yorğun olsalar da, bunu bacardılar. İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi. Ümumi hazırlığımızdan və futbolçularımızın işə yanaşmasından razı qaldım”.
Baxış sayı:95
Bu xəbər 17 Yanvar 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















