Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə münasibət
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bu Şəhərdə”nin “Ev Dar” adlı konsertində onunla bağlı hazırlanan səhnəcik haqda fikirlərini bölüşüb.
QOL..az xəbər verir ki, mütəxəssis Misli Premyer Liqasının 12-ci turunda "Sumqayıt"a qalib gəldikləri matçdan (4:2) sonra bu haqda danışıb.
O, səhnəciyə belə münasibət bildirib: “Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm”
Qeyd edək ki, “Bu Şəhərdə”nin 15 noyabrda Heydər Əliyev Sarayında baş tutan “Ev Dar” konsertində Qurban Qurbanovla bağlı səhnəcik təqdim olunub. Bu səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədəuyğun hesab etməyib.
Baxış sayı:49
Bu xəbər 21 Noyabr 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















