Qurban Qurbanovdan Koxalski barədə AÇIQLAMA
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"Hələ ki, rəsmi bir gediş yoxdur. Danışıqlar gedirdi".
Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının IV turunda "Araz-Naxçıvan"ı 3:2 məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandanın qapıçısı Mateuş Koxalskinin klubdan ayrılacağı ilə bağlı sualı cavablandırarkən deyib.
"Müqaviləsində bir bənd var və bu bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi. Bu gün matçımız var idi, ona görə də oyuna köklənmişdik. Oyundan sonra bu barədə maraqlanaram", - deyə baş məşçqçi bildirib.
Qeyd edək ki, bu gün Ağdam təmsilçisi IV turun son matçında "Araz-Naxçıvan"ı məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:2 hesabı ilə bitib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 06 Sentyabr 2026 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















