Icma.az
close
up
RU
Qurban Qurbanovdan sərt sözlər: Düz nədirsə, onu ver

Qurban Qurbanovdan sərt sözlər: Düz nədirsə, onu ver

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" Misli Premyer Liqasının 20-ci turunda öz meydanında "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Məğlub olmaq istəməzdik. Təəssüflər olsun ki, bu gün məğlub olduq. Futbolçularım demək olar ki, 90 dəqiqə oyuna nəzarət edə bildilər. Futbolun bəzən belə çirkin tərəfləri var. Bəzən 1 dəqiqənin içində hər şey tam əksinə ola bilər. "Turan Tovuz"u təbrik edirəm.

- Son iki oyunda kornerdən 4 qol buraxmısız. Bunun üzərində çalışırsız?

- FKSB ilə oyundakı problemlərdən danışdım. Bugünkünə gəldikdə, mən bilmirəm qapıçı meydançasında cərimə necə olur. 5 nəfər qapıçını əhatəyə alırsa, topa çıxmağa qoymursa, buna reaksiya vermirlərsə, nə deyim buna? Rəqib oyunçular qapıçını əllə, bədənlə itələyir. Bu, tək indi deyil. Biz həmişə qalib gələn komandanı təbrik edirik. Neçənci oyundur belə olur. Reaksiya verilmirsə, əlbəttə ki, daha artığını edəcəklər. Qapıçı öz meydançasında toxunulmazdırsa, mən bilmirəm bu necə toxunulmazlıqdır. İkinci qolu başa düşürəm, səhv etdik. Orada cərimə var idi? Sanki hakimlər belə epizodlara bəsit yanaşırlar. Camaatın burada haqqı var, əziyyət çəkirik. Olmaz axı belə. 12 yaşlı uşaqlara hakimlik etmirsən ki. Düz nədirsə, onu ver. Kornerdə bilmirəm qapıçıya qarşı kobudluq necə olur. Onda 11 oyunçu ilə oynayaq. Bütün oyunlarda bu hallara rast gəlirik. Bu, məğlub olmağımıza səbəb deyil. Amma necə oyunda bunları görmüşük. İki əllə futbolçumuzu itələyirlər. Əsas buna görə əsəbləşdim. Epizoda bəlkə 10 dəfə baxdım. Faiq Hacıyevin tapşırığı ancaq qapıçı ilə oynamaqdır. Başqa işi yoxdur. Şahruddin topa gedir, Faiq onu itələyir. Bu, cərimə deyilsə, nədir? Top göydə olanda oyun saxlanılmalı idi. Nəisə, rəqibi təbrik edirəm. Çox istəkli idilər.

- Hakimlərin qərəzli olduğunu düşünürsüz?

- Yox. Məsuliyyətsiz deyərdim. Cavid Cəlilov qayda-qanunu biləndir. Əvvəlki komitə sədri ilə gəlib qaydaları bizə başa salırdılar. "Qarabağ"dır, "Neftçi"dir, "Turan Tovuz"dur, fərqi yoxdur. Camaat aylardır əziyyət çəkir.

- İcraiyyə Komitəsində bu məsələni qaldıracaqsız?

- Yox. Ehtiyat da yoxdur. Ora bunu qabartmaq yeri deyil. Biz futbolçularımızdan tələb edirik. Məsuliyyət çox vacib şeydir. Aldığımızın haqqını verməliyik. Çünki, ailəmizi bu işlə dolandırırıq. Hamı bu cür yanaşmalıdır. Hakim ümumiyyətlə məsuliyyətli olmalıdır.

- Rəqibin penalti gözlədiyi epizodlar da var idi. Bunları necə şərh edərdiniz?

- Olsaydı verərdilər.

- Musa meydandan çıxandan sonra Benzia hücumda oynadı. Bundan sonra da onu həmin mövqedə görə bilərik?

- Bütün oyunlarda yox, hansısa oyunda edəcəyik.

- Rəsmi danışıq apardığınız futbolçular var?

- Yox. Heç bir futbolçu ilə danışılmayı . Bir-iki futbolçu ilə maraqlandıq, özləri ilə danışdıq. Danışıq elə orada da qaldı. Hansısa təklif göndərilməyib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Yanvar 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri