Icma.az
close
up
RU
Qurban Qurbanovun sonuncu qurbanı Liverpul olacaq? AÇIQLAMA

Qurban Qurbanovun sonuncu qurbanı Liverpul olacaq? AÇIQLAMA

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Avropa səhnəsində Azərbaycan futbolunun ən parlaq gecələrindən biri yenidən gerçəkləşir. Bu dəfə "Qarabağ" klubu tarixində ilk dəfə Çempionlar Liqasında məğlubedilməz rekordları ilə tanınan İngiltərə nəhəngi "Liverpul"la qarşılaşacaq.

"Anfield" stadionunda keçiriləcək bu qarşılaşma yalnız nəticə baxımından deyil, həm də taktiki zəka, sürət və qətiyyət baxımından diqqətəlayiq olacaq.

"Köhlən atlar" meydanda enerji və ruh yüksəkliyini nümayiş etdirməyə, "Qırmızılar" isə Avropanın elit klub təcrübəsini ortaya qoymağa çalışacaq.

Futbol azarkeşlərini gözləyən bu epik duel həm şərəf mücəssəməsi olan komandamızın simasını, həm də Azərbaycan futbolunun beynəlxalq arenadakı mövqeyini sınayacaq.

Bəs hesab necə ola bilər? İddialar nələrdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən futbol şərhçisi Ramiz Mirzəzadə deyib ki, bu oyun hamıya bəlli olduğu kimi, çətin olacaq: 

"Şansımız o qədər də yüksək deyil, çünki qarşı tərəf Çempionlar Liqasının tarixində ən çox uğur qazanmış klublardan biridir. "Liverpul" Avropanın ən güclü komandalarından sayılır və onlar "Anfield" stadionunda nadir hallarda məğlub olurlar. Hətta belə mötəbər arenada "Real Madrid" belə məğlubiyyət yaşamışdı, bu isə göstərir ki, istənilən nəticə böyük mübarizə tələb edir".

Onun sözlərinə görə, son 4 oyunda İngiltərə təmsilçisi 1 məğlubiyyət və 3 heç-heçə ilə kifayətlənib, yəni onların forması da sabit deyil:

"Klub daxilində baş məşqçi Arne Slot ilə yolların ayrılması məsələsi gündəmdədir. Belə vəziyyətlər, xüsusilə də Çempionlar Liqasının kritik mərhələlərində, komandanın motivasiyasına və oyun tempinə təsir edə bilər".

Ramiz Mirzəzadə: Qurban Qurbanovun rəhbərliyi altında bu cür situasiyalarda komandamız gözlənilməz nəticələr göstərə bilir

Həmsöhbətimiz qeyd edib ki, böyük komandalar "Qarabağ"la oyundan öncə təsadüfən də olsa məşqçi dəyişikliyinə gedir, "Köhlən atlar" isə belə oynamağa öyrəşib:

"Qurban Qurbanovun rəhbərliyi altında bu cür situasiyalarda komandamız gözlənilməz nəticələr göstərə bilir. Bəlkə də, bu dəfə qələbə qazana bilsək, ölkəmizin klub futbol tarixində ən böyük uğurlarından birinə imza atmış olacağıq. Bu dəfə Qurban Qurbanovun "qurbanı" "Liverpul" ola bilər".

Sonda Ramiz Mirzəzadə vurğulayıb ki, ən yaxşı nəticə sayılmasa belə, xal qazanmağın özü ciddi uğur hesab olunur:

"Futbolçularımızın səyi və azarkeşlərin dəstəyi ilə bu sınaqdan da üzüağ çıxmaq mümkündür. Onların göstərdiyi ruh və mübarizə həmişə bizləri sevindirir və ümidləndirir. Qarşıdakı oyun həm komanda, həm də ölkə futbolu üçün əlamətdar hadisə ola bilər".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see253

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see253

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see240

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see210

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see198

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see180

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see180

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see164

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see163

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see159

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see154

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see152

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see147

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see146

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see145

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see141

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri