Icma.az
close
up
RU
Qurban Yetirmişli: Süni zəlzələ o vaxt ola bilər ki...

Qurban Yetirmişli: Süni zəlzələ o vaxt ola bilər ki...

Milli.az saytına istinadən Icma.az xəbər verir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin APA-ya müsahibəsi

Ötən il Azərbaycanda güclü zəlzələ sayı daha az olub

- Ötən ili əvvəlki illərlə müqayisə etsək, Azərbaycanda seysmik aktivlik hansı səviyyədə olub?

- 2024-cü ili əvvəlki illərlə müqayisə etsək, ötən il güclü zəlzələ sayı daha azdır. Yəni ötən il zəlzələ sayı çox olsa da, güclü zəlzələ sayı daha az olub. Maqnitudası 5 və 5-dən yuxarı olan zəlzələlərə baxsaq, 2012-ci ildə 6, 2014-cü ildə 5, 2023-cü ildə 4, 2024-cü ildə isə 3 belə zəlzələ olub. Son illərlə müqayisədə ən çox güclü zəlzələ 2012-ci ildə olub. Son 20 ildə isə 5 və 5-dən yuxarı 131 zəlzələ olub.

- Son dövrlərdə dünyada güclü, dağıdıcı zəlzələlər baş verir. Bununla belə, bəzən tektonik silahlar, süni zəlzələlərə dair iddialar da səsləndirilir. Həqiqətən belə bir şey mümkündür?

- Elə bir gün olmur ki, istər-istəməz daxildə gedən proseslərə görə Yer kürəsində zəlzələ baş verməsin. Öncəliklə biz araşdırırıq, analiz edirik və zəlzələnin hansı səbəbdən baş verdiyini aydınlaşdırırıq. Məsələn, yol çəkilişi zamanı baş verən sənaye partlayışlarını zəlzələdən ayıra bilirik. Bunların hər biri qeydə alınır və onları bir-birindən ayırmaq mümkündür. Ümumiyyətlə, süni zəlzələ necə ola bilər?! Belə bir şey mümkün olsa idi, məsələn, böyük dövlətlər müharibə aparmazdı. Niyə onlar silahlanmaya bu qədər pul qoyur? Əgər məqsəd şəhərləri, ölkələri darmadağın etməkdirsə, onda bu üsulla edərdilər. Nəzəri cəhətdən bir şeyi dedikdə, o özünü praktikada doğrultmursa, deməli, boşdur.

Süni zəlzələ o vaxt ola bilər ki, onu oyatmaq imkanı olsun. Belə ki, gərginlik toplanan zonaların, zəlzələ olma ehtimalı çox yüksək olan ərazilərin yaxınlığında çox güclü bir partlayış olsun və böyük sahəni silkələsin. Bu həmin ərazilərdə zəlzələni tezləşdirib oyada bilər.

Hər əsrin sonu və əvvəli Yerdə canlanma daha da baş qaldırır və biz indi 21-ci əsrin əvvəlindəyik

Tarix boyu güclü zəlzələlər olub, indi də olur. İnsan nəfəs aldığı kimi, Yer də nəfəs alır. Yerdaxili hərəkətlər var və bu canlı aləmin daxili də hərəkətdədir. Məsələn, insan bir az sürətli getdikdə ürəyi sürətli döyünür, təzyiq qalxır. Yer də belədir, məsələn, sadəcə yer daxili hərəkətlər deyil, kainatda olan planetlərin, Günəşin aktivliyinin, qravitasiya sahəsinin, bunların hər birinin təsiri var. Məsələn, Günəşdə partlayışlar olanda həmin dövrdə zəlzələnin sayı nə qədər artır. Deməli, Günəşdən gələn maqnit seli Yer daxili hərəkətlərə də təsir edir. Bunlar hamısı bir-biri ilə bağlı olan məsələlərdir. Praktika da göstərir ki, hər əsrin sonu və əvvəli Yerdə canlanma daha da baş qaldırır və biz indi 21-ci əsrin əvvəlindəyik.

Nəsimi, Xətai rayonlarında seysmik fəallıq var

- Bəs seysmik fəallığı ilə seçilən bölgələrimiz hansılardır?

- Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Naxçıvan, Lənkəran zəlzələyə meyilli bölgələrdir. Həmçinin Xəzərdə zəlzələ ocaqları yerləşir və bu da Abşeron ərazisində zəlzələlərə səbəb olur. Məsələn, Xəzərdə 30 km, 70 km dərinliklərdə zəlzələ olub. Zəlzələ nə qədər səthə yaxın olsa, onun əhatə dairəsi kiçik olur, amma silkələnmə, təsir daha çox olur. Bakının rayonlarından isə Nəsimi, Xətai rayonlarında seysmik fəallıq var.

Bundan artıq Yerin dərinliyinə gedib nə etmək olar?!

- İnsan müdaxiləsi ilə seysmik fəallığı olan ərazilərdə bunun qarşısını almaq mümkündür?

- Bunu etmək qeyri-mümkündür. Elə Azərbaycanda ən dərin quyu 8 km 324 m olan Saatlı quyusudur. Xəzərdə də 7 km-dən bir az artıqdır. Bundan artıq Yerin dərinliyinə gedib nə etmək olar?! Zəlzələ kiçik bir nöqtədə baş vermir və ona uyğun quyu da qazmaq olmur. Buna görə heç bir müdaxilə etmək olmaz. Bizim edə bildiyimiz, əraziyə uyğun ən güclü zəlzələni bilməkdir və layihəni hazırlayanların ona uyğun dözümlülüyü hesablayıb binalar tikməsidir.

Ümumi seysmik rayonlaşdırma xəritəsi var və tikinti işləri aparılanda biz tikinti olacaq ərazidə maksimum neçə bal gücündə zəlzələ ola biləcəyini müəyyən edirik. Bunu müəyyən etdikdən sonra tikinti işlərində olan layihəçi tikinti normalarını həmin ərazinin zəlzələ gücünə uyğunlaşdırır. Beləliklə, tikinti işləri həmin ərazidə dağıntının az olması üçün layihələndirilir. Yəni başqa cür Yerin altında baş verən prosesə təsir etmək olmur. Yer altında baş verən zəlzələni azaldıb-çoxaltmaq olmur.

Bəlkə 100 il də keçsə, Yerin altını dəqiq-ölçüb bilmək olmaz

- Zəlzələnin vaxtının əvvəlcədən öyrənilməsi və ya zəlzələ gücünün ölçülməsi ilə bağlı hansı yeni texnologiyalar mövcuddur?

- Bizdə ən yeni texnologiyalar var, avadanlıqlarımız hamısı Amerika istehsalıdır və həmin cihazlar bizdə fəaliyyət göstərir. Bizim ümumi 84 stansiyamız var. Bu isə Azərbaycan üçün çox böyük tədqiqat imkanı deməkdir. Stansiya sayı nə qədər çox olsa, Yer altında gedən bütün prosesləri izləmək imkanı var. Bu texnologiyalar ən zəif zəlzələ gücünü belə qeyd edə bilir, həmçinin vulkanları, adi partlayışlar və nüvə partlayışlarını da ayırd edə bilir. Ümumiyyətlə, zəlzələ proqnozları qısamüddətli olur. Məsələn, bir neçə saatdan 1-2 günə qədər olan qısamüddətli proqnoz, 1-2 il müddətinə qədər ortamüddətli və 10 illiklərlə ölçülən uzunmüddətli proqnozlar mövcuddur. Bəlkə 100 il də keçsə, Yerin altını dəqiq-ölçüb bilmək olmaz.

- Bu yaxınlarda "Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi"nin təqdimatı və müzakirəsi keçirildi. Xəritə nə zaman çap olunacaq?

- Xəritəni rəy bildirmələri, öz təkliflərini irəli sürmələri və nöqsanları göstərmələri üçün Amerikanın, Kanadanın saytında yerləşdirmişik. Çünki biz bunu təşkil edəndə Kanadanın Viktoriya Universiteti, Amerikanın Miçiqan Universiteti və başqa bir neçə ölkə ilə əməkdaşlıq edib, xəritəni müzakirə etmişik. Buna görə də bu sahənin alimlərinin rəy bildirmələrini gözləyirik. Ümumiyyətlə, hər hansı məqalə də bu şəkildə olur. Məsələn, bizim Oksford ilə apardığımız iş 1 ildən çox internetdə qalıb və onlar oxuyub öz rəylərini bildiriblər. Beynəlxalq aləmdə prinsiplər belədir. Bütün dünya tikinti normativlərini bu seysmik xəritə ilə götürür. Biz də bu xəritə hazır olduqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edəcəyik ki, tikinti normativlərində buna uyğun düzəlişlər edilsin, yeniliklər əlavə edilsin.

- Azərbaycanın seysmik müşahidə məntəqələrinin optimallaşdırılması işləri aparılacaqmı?

- Bəli, seysmik aktivliyin monitorinqi və təhlili aparılacaq. Azərbaycanın seysmik aktivlik zonalarının xəritələnməsi və seysmik müşahidə məntəqələrinin optimallaşdırılması işləri də aparılacaq. Həmçinin, qırılmalar boyunca Yer qabığının hərəkətinin öyrənməsi və toplanan gərginliklərin qiymətləndirməsi üçün geodezik üsullardan istifadə ediləcək. Tektonik proseslərin Yer səthində yaratdığı deformasiyaları izləmək üçün peyk monitorinq texnologiyalarının tətbiqi olacaq.

Bunlardan əlavə onu da deyim ki, Yerin dərinlik quruluşunun öyrənilməsi, baş verən zəlzələlər mexanizmlərə ayrılır, aktiv zonalar müəyyənləşdirilir, seysmik rayonlaşdırma xəritəsində ayrı-ayrı ərazilər üçün harada tikinti aparılacağı tərtib olunur. Hansı ərazilərdə neçə ballıq zəlzələ olması ilə bağlı xəritələr, izoseys xəritəsi qurulur. Həmçinin, bizim əməkdaşlarımız çöllərdə ekspedisiya işləri aparırlar, harada çat olub, ziyan dəyib müəyyənləşdirilir. Hər ay əməkdaşlarımız ən az 10-15 gün rayonlarda müəyyən punktlarda geomaqnit qravitasiyaları, ağırlıq qüvvəsinin dəyişmələrini ölçürlər. Yəni işlərimiz çoxdur.

"Zəlzələ baş verəcək bölgələrdə proqnozlaşdırma modellərinin inkişafı" layihəsi ilə yerli zəlzələlərin baş vermə ehtimalları, xüsusilə böyük zəlzələlərin hazırlıq prosesləri daha dəqiq qiymətləndiriləcək. Zəlzələlərin dərinlik üzrə paylanması xüsusiyyətləri tədqiq olunacaq.

İşğaldan azad edilmiş ərazilərdə yeni seysmoloji stansiyalar qurulacaq və mövcud şəbəkə daha müasir şəkildə təkmilləşdiriləcək

- Seysmoloji avadanlıqların yenilənməsi istiqamətində hansı işlər planlaşdırılır?

- 2025-2030-cu illər ərzində seysmoloji müşahidə stansiyalarının texnologiyaları yenilənəcək və daha dəqiq məlumatların toplanmasını təmin edən yeni cihazlar və proqram təminatları alınacaq. Azərbaycanla yanaşı, qonşu ölkələrdə də seysmoloji şəbəkələr qurulacaq və bu şəbəkələr bir-birinə inteqrasiya olunacaq.

Seysmik müşahidə məlumatlarını toplayan və analiz edən intellektual monitorinq sistemləri qurulacaq. Böyük verilənlər - Big Data və süni intellekt texnologiyalarının tətbiqi ilə seysmoloji məlumatların təhlili, əvvəlki nəticələrdən daha dəqiq proqnozların verilməsi üçün inkişaf etdiriləcək. "Seysmik təhlükələrin proqnozlaşdırılması üçün süni intellekt alqoritmlərinin inkişafı" layihəsi ilə süni intellektdən istifadə edərək, seysmoloji hadisələrin daha dəqiq proqnozlaşdırılması üçün alqoritmlər yaradılacaq. Həmçinin, "Böyük verilənlərin (Big Data) analizində yeni metodların tətbiqi" layihəsi olacaq. Bu layihə ilə böyük verilənlər üzərində təhlillər aparılacaq və yeni metodlarla proqnozlaşdırma daha dəqiq olacaq.

Onu da qeyd edim ki, işğaldan azad edilmiş ərazilərdə yeni seysmoloji stansiyalar qurulacaq və mövcud şəbəkə daha müasir şəkildə təkmilləşdiriləcək.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Yanvar 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri