Icma.az
close
up
RU
Qurbanlarından sabun və tort bişirən qadının DƏHŞƏTLİ HEKAYƏSİ

Qurbanlarından sabun və tort bişirən qadının DƏHŞƏTLİ HEKAYƏSİ

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Stereotiplərə görə, italyan analar və nənələr daha qayğıkeşdirlər. Onlar həmişə uşaqlarının yaxşı yeməyinə, geyiminə diqqət yetirirlər. Lakin onların içərisində bir nəfər var ki, onun övladına olan məhəbbəti fərqli nəticələr doğurub.
Söhbət Leonarda Cianciullidən gedir...
O, uşaqlarına pərəstiş edircəsinə sevirdi. 1939-cu ildə böyük və ən sevimli oğlunun orduya çağırılacağını biləndə, düşündü ki, onu xilas etmək üçün qurbanlar lazımdır. Beləcə, Leonarda 1939-1940-cı illər arasında bu qadın üç məsum xanımı amansızlıqla qətlə yetirir...
Leonardanın keşməkeşli həyatı
Correggio bölgəsində sabun istehsalçısı kimi tanınan Leonarda Cianciulli 1894-cü ildə anadan olub. Onun uşaqlığı çox pis keçib.
Leonardanın xatirələrinə görə, o anasının təcavüzə uğraması nəticəsində dünyaya gəlib. Buna görə də anası həmişə ona nifrət edib. Leonarda yeniyetmə ikən iki dəfə intihara cəhd edib.
Sonradan həyatındakı bütün uğursuzluqlarını anasının onu qarğış etməsi ilə izah edib.
1914-cü ildə o, cəmiyyətdə daha yüksək mövqe tutduqları üçün valideynlərinin bəyənmədiyi azyaşlı dövlət qulluqçusu Raffaele Pansardi ilə evlənib. Cianciulli iddia edib ki, məhz toydan sonra anası ona qarğış edib və onu əzablı bir həyata məhkum edib.
Leonarda gəncliyində
Əlbəttə ki, anasının lənətinə dair heç bir dəlil yox idi, amma Cianciulli'nin evləndikdən sonrakı həyatına baxsanız, buna inanmamaq çətindir. Evləndikdən bir neçə il sonra Cianciulli'nin əri fırıldaqçılıq ittihamı ilə həbs edildi və üç il sonra onun evi zəlzələ nəticəsində dağıldı. Bundan sonra cütlük Correggioya köçdü, burada Cianciulli kiçik bir mağaza açdı və yaxşı, mehriban qadın, qayğıkeş ana və gözəl qonşu kimi əla reputasiya qazandı.
Evlilikləri ərzində Leonarda 17 dəfə hamilə qalıb, onlardan üçü ana bətnində, on uşaq isə erkən yaşda ölüb.
Cinayətə aparan yol
1939-cu ildə qadın böyük və ən sevimli oğlu Cüzeppenin İtaliya ordusuna qatılacağını öyrənir.
Onu nəyin bahasına olursa-olsun qorumaq əzmində olan Cianciulli qəfil qərara gəlir ki, bunun üçün insan qurban vermək lazımdır. O qonşularından üç orta yaşlı qadını qurban kimi seçir.
Bəzi mənbələr Leonardanın özünün falçılıqla məşğul olduğunu iddia edir və bu xanımlar məsləhət üçün onun yanına gəlirlərmiş. Başqaları deyir ki, qadınlar onun yanına sadəcə qonşu kimi gəliblər. Nə olursa olsun, Leonarda onları öldürməyi planlaşdırmağa başlayır.
Hər şey Faustina Setti adlı qadın ailə qurmaqda kömək etmək üçün Cianciulliyə müraciət etdikdən sonra başlayır. Leonarda Pola şəhərində onu uyğun namizədin gözlədiyini və ora getməli olduğunu söyləyir.
Getdiyi gün Setti Cianciulli ilə vidalaşmaq üçün ziyarətə gəlir və bir stəkan şərab içməyə razılaşır. Lakin Leonardanın həmin şəraba narkotik qatdığından xəbərsiz olur. Leonarda sadəlövh qadını balta ilə öldürür və bədənini doqquz parçaya bölür, qanı bir qaba yığır. Daha sonra, Cianciulli xatirələrində bundan sonra baş verənləri təsvir edir:
“Mən parçaları böyük bir qazana atdım və sabun hazırlamaq üçün aldığım yeddi kiloqram kaustik soda əlavə etdim. Sonra qarışığı bir neçə çömçəyə tökdüyüm qalın bir qaranlıq kütləyə çevrilənə qədər yoğurdum. Yaxşı sabun olduğu ortaya çıxdı. Vannadakı qana gəlincə, qatılaşmasını gözlədim, sonra sobada qurutdum, un, şəkər, şokolad, süd və yumurta, bir az da marqarinlə qarışdırıb xəmir yoğurdum. Çayla yemək üçün çoxlu tortlar hazırladım və məni ziyarət edən xanımları qonaq etdim və Cüzeppe ilə mən də yedik”.
Cianciullinin son qurbanı keçmiş La Scala opera müğənnisi və gözəl soprano Virginia Cacioppo olub:
“O, digər ikisi kimi qazana girdi... mən onu əridəndə əti yağlı və solğun idi. Mən bir şüşə odekolon əlavə etdim və uzun müddət qaynadıqdan sonra kifayət qədər məqbul keyfiyyətdə kremli sabun hazırlaya bildim. Qonşularıma, dostlarıma verdim. Yeri gəlmişkən, onun qanı ilə hazırladığım kekslər daha dadlı oldu: o qadın çox şirin idi",- o qatil xatirələrində qeyd edib.
Qatil bu əməllərinə görə 30 il həbs cəzası aldı və bunun ilk üç ilini cinayətkarlar üçün ruhi xəstəxanada keçirdi. Leonarda Cianciulli 1970-ci il oktyabrın 15-də Pozzuolidəki cinayətkar qadınlar üçün psixiatriya xəstəxanasında beyin insultundan öldü.
Onun əşyaları, o cümlədən qurbanların qaynadıldığı qazan Romadakı Kriminologiya Muzeyində nümayiş etdirilir... (Bizim.Media)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Mart 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri