Qurbanlıqların kəsimi ilə bağlı xoşagəlməz hallarda nə etməliyik?
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.
“Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən qurbanlıq heyvan ətinin satışı xidməti də həyata keçirilir.
Qurbanlıq heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda baytar həkim tərəfindən daxili orqanlardan nümunələr götürülərək həm yerində fəaliyyət göstərən laboratoriyalarda, həm də Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələr aparılır. Qida Təhlükəsizliyi İnstitutunun stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində çalışır.
Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Bazarda qurbanlıqların qiyməti neçəyədir?
05 İyun 2025 16:03
Heyvan kəsimi ilə bağlı xoşagəlməz hal olarsa Bu nömrəyə zəng edin
06 İyun 2025 11:16
Bu hallarda mütləq həkimə müraciət etməliyik
17 Dekabr 2025 15:38
Məktəblərdəki xoşagəlməz hallarda psixoloqlar da məsuliyyət daşıyır? AÇIQLAMA
11 Dekabr 2025 20:19
Britaniyadan Zelenski ilə bağlı xoşagəlməz xəbər
13 Noyabr 2025 01:31
Baxış sayı:193
Bu xəbər 27 May 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















