Qurbanov açıqladı: “Onu komandada saxlayacağıq”
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ” Misli Premyer Liqasının XXXII turunda öz meydanında “İmişli”ni 3:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib.
Təcrübəli mütəxəssis “köhlən atlar”ın müdafiəçisi Bədavi Hüseynovun gələcəyi ilə bağlı klubun qərarını açıqlayıb:
“Böyük ehtimalla komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi”.
Qurbanov həmçinin cari mövsümün sonunda bir sıra futbolçularla yollarını ayıra biləcəklərini bildirib:
“Qəti qərar verməmişik, amma ola bilər ki, bəzi futbolçularla vidalaşaq”.
Azərbaycanlı mütəxəssis klubun transfer siyasəti ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb:
“Hələ heç kimlə razılığa gəlməmişik. Düzdür, çox oyunçu ilə danışıqlar gedir. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri düşünür. Avropanın ortabab ölkələrinin klublarında şərait o qədər yaxşılaşıb ki, oyunçular Azərbaycana gəlməyə isti yanaşmırlar".
99 mükafat: 34 mövsüm, 21 komanda Kurban Berdıyev: “Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq” Ayxan Abbasov: "Şamaxı"ya bundan sonra uğurlar arzulayıram" "Qarabağ" Avropa Liqasında - YENİLƏNİB “Turan Tovuz” Şamaxıdan xalsız qayıdır - YENİLƏNİB
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 16 May 2026 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















