Icma.az
close
up
RU
Qurbanov: “Belə komandaların Bakıya gəlməsi əlavə stimuldur”

Qurbanov: “Belə komandaların Bakıya gəlməsi əlavə stimuldur”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Çempionlar Liqasının IV turunda sabah keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olundu.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Maraqlı oyun olacaq. Böyük tarixi olan kluba qarşı oynayacağıq. Bu cür komandaların, futbolçuların Bakıya gəlməsi azarkeşlər üçün də əlavə stimuldur. Dəfələrlə qeyd etmişdim, belə matçlar ölkəmizdə futbol üçün əlavə stimuldur. Oyuna pis hazırlaşmamışıq. Yaxşı, mübariz futbol göstərmək istəyirik. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlər oyundan zövq alacaq.

– “Çelsi” Bakıda məşq etməyəcək. Onların birbaşa oyuna çıxması sizin üçün nə dərəcə üstünlük yarada bilər?
– Belə hallar çox olur. Maraqlansaq, onlar bu rejimdə çox oynayıblar. Belə komandalar üçün oyun günü meydana çıxmaq problem yaratmamalıdır. Özümüz də belə hallar yaşamışıq. İndi “Çelsi”nin məşq etməməsi bizim üçün əlavə üstünlük yaratmamalıdır. Yəni, bu məqamı nəzərə alıb, hansısa rahatlıq tapmalı deyilik.

– “Çelsi”nin bəzi aparıcı oyunçuları olmayacaq. Bu sizə psixoloji üstünlük verə bilər?
– Belə böyük komandaların bir-iki oyunçusunu müzakirə etmək olmaz. Böyük klublardır və böyük hədəfləri var. Bir oyunçu yoxdur, ikisi var. Onların heyəti çox genişdi. Sadəcə onlarda xırda detallar axtarmalı deyilik. Daha çox onların oyun sisteminə uyğunlaşmalıyıq.

– Qələbə karyeranızın ən böyük qələbəsi hesab edilə bilər?
– Böyük klublara qarşı qalibiyyət çox önəmlidir. Bu cür oyunlar böyük stimuldur. İngiltərə təmsilçilərinə qarşı qələbəmiz yoxdur, xal da qazanmamışıq. İngiltərə Premyer Liqası tamam başqa səviyyədir, dünyanın ən güclü liqasıdır. Bütün futbol ölkələrini üstələyirlər. Belə rəqiblərə qarşı məğlub olsaq da, uduşumuz var. Əvvəl də demişəm, biz möhkəm durmağı bacarmalı, inamlı mübarizə aparmalıyıq.

– 2017-ci ildən bu yana komanda olaraq özünüzü necə hiss edirsiniz? Komanda nə dərəcə inkişaf edib?
– Futbol çox inkişaf edib. O vaxt da klublar arasında fərq çoxdur. Bu gün daha artıq ola bilər. Çünki əvvəl bizim zəif cəhətlərimiz çox idi, amma indi təcrübəmiz artıb. Premyer Liqada futbol həddindən artıq inkişaf edir. Bütün komponentlərdə sürətlidirlər. Nə qədər təcrübəli olsaq da, “Çelsi” daha çox inkişaf edib. Bu, bizim üçün təhlükədir. Dünya çempionuna qarşı oynamaq bizimçün əlavə stimuldur. Klublar arasında fərq böyük olsa da, yaxşı mübarizə aparmağa çalışacağıq.

– Sabah hansı taktika ilə oynayacaqsınız?
– “Çelsi” son dönəmlərdə rotasiyalara gedir. Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli heyətlə çıxış edirlər. İki detal var ki, dəyişiklik edirlər. Sabah heyətə uyğun futbolçulara fikirlərimizi bildirəcəyik. Bu komandaların belə oyunlarda heyət dəyişməsi onlar üçün fərq etmir. Çalışacağıq ki, bildiyimizi daha yaxşı edək. Oyunun gedişatında bəzi detallardan istifadə etməyə çalışacağıq. Futbolçular bu oyundan zövq almalıdırlar.

– Start heyəti müəyyənləşdirmisinizmi?
– Müəyyənləşdirmişəm demək olar. Kiçik sual var. Sabah səhər məşqindən sonra qərar verəcəyik.

– Musa Qurbanlının durumu necədir?
– Musa üç gündür, fərdi məşqlər edir. Durumu belədir.

– “24-lüy”ə düşsəniz, hücumçu transferi gözlənilirmi?
– Bu barədə çox düşünmək istəmirik. Daim hücumçu axtarışındayıq, gətirmək istəyirik. Bir neçə mövqeyə oyunçu transferi düşünürük. Həmişə çalışmışıq ki, maksimumdan istifadə edək.

– Rəqib baş məşqçi Enzo Mareska oyunun çətin keçəcəyini deyib. Bildirib ki, “Qarabağ” sıx oynayır. Bunlarla bağlı nə deyə bilərsiniz? Eyni zamanda sizin uzunmüddət klubda işləməyinizə toxunub…
– Təşəkkür edirəm. Bu fikirlər onun peşəkarlığını göstərir. Deməli, klubla yaxından maraqlanıb. Yəni matça ikinci dərəcəli oyun kimi baxmır. Burda qazanılacaq hər xal liderliyinə təkandır. Bu, göstərdi ki, məşqçilər, futbolçular çox peşəkardır.

– Mareska “Sanderlend”ə məğlubiyyətdən sonra demişdi ki, rəqibin son anda taktika dəyişməsi problemə səbəb olub. Sabah siz tərəfdən onları hansısa sürpriz gözləyir?
– Fikir olaraq bildirə bilər. Bəlkə, onu nəsə əldə etmək üçün deyib. Sıx qrafikə görə problemləri ola bilər. Çünki futbolçu yorğun olanda potensialını üzə çıxara bilmir. “Beşli” müdafiə oynamağı sevmirəm. Əldə etdiyimiz uğurları sistemimizə görə bacarmışıq. Hansısa oyunda daha çox müdafiəyəmeyilli oyun qurmaq olar. Amma bu sistemlə uzunmüddətli oynamaq olmaz. Düzdür, “beşli” müdafiə ilə dominant oynayan klublar da var. “Çelsi”nin qarşısını almaq üçün fərqli sistemə əl atmağı düşünməmişəm. Düzülüşdə müəyyən dəyişiklik etmək olar. Bunu müdafiəçi yox, hücumçu ilə də əvəzetmək olar.

– Türkiyədə klubların bir futbolçu üçün ayırdığı pula siz bir komanda qurmusuz və uğur qazanırsınız. Sirr nədədir?
– Özümüzü onlarla yanaşı qoymaq istəmirəm. Klubların öz düşüncələri, yanaşmaları var. Düşünməmişəm ki, bu klubun büdcəsi çoxdur, məndə azdır, amma mən yaxşı nəticə verirəm. Həmişə çalışıram ki, düşdüyümüz vəziyyətə uyğun addım ataq. Uğur üçün şansımız varsa, etməyə çalışırıq. Bunu işgüzarlığın hesabına etməyi üstün tuturam.

– “Qara bazar” bilet satışı ilə bağlı “işini gördü”. Azarkeşlər bu məsələdə əziyyət çəkir. Stadionda sizi dəstəkləmək istəyənlər kənarda qalır. Bu durum sizə necə təsir edir?
– Bu haqda məlumatım yoxdur. Görmədiyim, bilmədiyim şeyə münasibət bildirmək istəmirəm. Klub tərəfindən hər şeyə maksimum nəzarət var.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Noyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri