Icma.az
close
up
RU
Qurbanov Napoli ilə oyundan danışdı

Qurbanov Napoli ilə oyundan danışdı

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çox gözəl şəhərdə möhtəşəm tarixə malik komandaya qarşı oynayacağıq.

Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliyada “Napoli” ilə keçiriləcək UEFA Çempionlar Liqasının V tur oyunundan öncə mətbuat konfransında deyib.

O, rəqibin baş məşqçisi Antonio Konteni xüsusi fərqləndirib:

“Onun varlığı “Napoli” üçün üstünlükdür. Rəqibin mərhələ adlamaq şanslarını qorumaq üçün bizi məğlub etmək istədiklərini bilirik. Oyuna kifayət qədər yaxşı hazırlaşmışıq”.

Qurbanov italiyalı jurnalistin “Qarabağ”da uzun müddət işləməsi ilə bağlı sualını belə cavablandırıb:

“Bu mənim üçün böyük məsuliyyətdir, digər tərəfdən isə çox məmnunam. Bu klubun adı ölkəmiz üçün çox vacibdir, çünki ad böyük dəyəri təmsil edir. Bütün azərbaycanlılar kimi məsuliyyət hiss edirəm. Komandanın adı uğruna yaxşı nəticə əldə etmək üçün çox çalışırıq. Hamımız birləşərək əla bir komanda yaratmışıq”.

Mütəxəssis matçla bağlı məqsədlərindən söz açıb. “Hücumda oynamağı düşünürük, amma müdafiədə güclü olmalıyıq, bu, bizim məqsədimizdir. Bütün aspektlərə diqqət yetirəcəyik. Mənə xəbər verdilər ki, Maradonanın ölüm günündə oynayacağıq. Həmçinin Antonio Kontenin qələbə qazanaraq bunu Maradonaya həsr etmək istədiklərini deməsini də oxudum. Bu, onların tərəfindən əlavə motivasiyadır. Bu, bizim üçün də eyni ilə əlavə motivasiyadır. Sabah yaxşı çıxış etməyimiz üçün şansımız var. Qazanmaq üçün çox səy göstərməliyik. Hiss edirəm ki, Neapol sabah Maradonanın ildönümünə görə qələbə qazanmaqda israrlıdır. Buna xüsusi diqqət yetirmişik. Adətən, böyük komandalara qarşı oynayarkən statistikaya çox əhəmiyyət vermirik. “Napoli” böyük komandadır və əla məşqçisi, eləcə də möhtəşəm azarkeşləri var. Onlar bu il öz meydanlarında uduzmayıblar”.

O, futbolçularının Neapol küçələrində alış-veriş etməsi ilə bağlı suala belə cavab verib:

“Hər səfərimizdə oyunçulara bir neçə saat sərbəst vaxt veririk. Bu gün Neapol kimi gözəl bir şəhərdəyiksə, hər bir oyunçu bu qədim şəhəri görməlidir. Mən bunda ciddi bir problem görmürəm”.

Qeyd edək ki, sabah keçiriləcək “Napoli” - “Qarabağ” oyunu Bakl vaxtı ilə saat 00:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Noyabr 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri