Qurbanov “Neftçi” ilə bir həftədə iki dəfə qarşılaşmaq qərarından danışdı Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun “Neftçi” ilə bir həftədə keçirəcəyi iki oyunla bağlı məsələyə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis “Zirə” ilə keçirilən matçdan sonra jurnalistlərə açıqlamasında danışıb.
“Bu cür sıx qrafikdə oynamaq xoş deyil. Bəzən azarkeşlər üçün də bir oyun oynayıb, bir az fasilə verib yenidən qarşılaşmaq daha maraqlı olar. Amma yəqin ki, sıx qrafikə görə boş yer tapılmayıb, ona görə belə addım atıblar.
Hər iki komanda üçün eyni situasiya olacaq. Mən də istərdim ki, hazırlaşmaq üçün arada fasilə olsun. Deyəcək bir şey yoxdur”, - o qeyd edib.
Qeyd edək ki, klub 17-30 aprel aralığında iki dəfə “Sabah, iki dəfə isə “Neftçi” ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 14 Mart 2026 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















