Qurbanov: “Xeyli zarafatlar etdik, keçmişi yada saldıq”
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Minifutbol Federasiyasının təşkilatçılığı ilə “Neftçi 2000″lər və “Premyerliqa məşqçiləri” arasında yoldaşlıq oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, “Premyerliqa məşqçiləri”nin heyətində çıxış edən Qurban Qurbanov oyundan sonra fikirlərini bölüşüb:
“Maraqlı oyun alındı. Çoxdandır ki, bu cür atmosferdə, belə şəraitdə oyun oynamamışdıq. Sadəcə ağır idi. Çünki öz formamızdan uzaq idik. Hər bir halda, bir xeyli futbolçuların ustalığını gördük. Çoxdandır görmədiyim futbolçuları da gördüm. Onlarla görüşdük, xeyli zarafatlar etdik, keçmişi yada saldıq. Məncə, hamı üçün maraqlı oyun oldu.
“Neftçi”nin əfsanələri komandasında da oynamaq istəyərdim. Bəlkə bir hissə bir, o biri hissə digər komandada oynamaq olardı. Yəqin ki, sistem qurulmuşdu ki, sona qədər belə oynayaq. Nə qədər olmasa məşqçilər birlikdəydik, bəlkə daha uyğunu bu idi. Amma fərqi nədir? Burada hamımız Orxan Məmmədova və onun keçirdiyi turnirə dəstək olmaq üçün gəlmişdik. Hər şey də gözəl və super alındı”.
Baxış sayı:70
Bu xəbər 20 May 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















