Icma.az
close
up
RU
Qurbanovdan narazılıq: “Cərimə zərbəsi olduğunu mən deməliyəm?”

Qurbanovdan narazılıq: “Cərimə zərbəsi olduğunu mən deməliyəm?”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının XX turunun “Qarabağ” – “Turan Tovuz” (1:2) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Məğlub olmaq istəməzdik. Amma futbolçularım demək olar ki, 90 dəqiqə dominantlıq edə bildilər. Ancaq futbolun belə çrikin tərəfləri var. “Turan Tovuz”u təbrik edirəm.

– Son 2 oyunda kornerdən 4 qol buraxmısız…

– Keçən oyunla bağlı cavablandırdım. Amma belə necə olur bilmirəm. Cərimə meydançası daxilində qapıçının ətrafında 5 futbolçu varsa və onu blok edirlərsə necə olmalıdır. Hakimlər Komitəsinin sədri bu barədə necə düşünür? Neçə oyundur ki, həm korner, həm də cərimə zərbələrində belə hallar olur. Hətta oyundan qabaqda bu barədə futbolçularla danışıram. Amma qapıçı toxunulmazdırsa, burada toxunurlarsa necə olur, bilmirəm. 2-ci qol səhvimizdən oldu başa düşdük. Ancaq 1-ci qol… sanki hakimlər belə qollara bəsit yanaşırlar. Epizoda baxsaz, əllə itələyir bizim futbolçunu. Təkcə bizim yox, bütün oyunlarda belə hallar olur. Əlbəttə, bu məğlub olmağımıza səbəb deyil. Ancaq bu dəfə… Futbolçularımızı iki əlli kənara atırlar. Buna əsəbiləşdim. 10 dəfə baxdım epizoda. Faiq Hacıyevin tapşırığı ümumiyyətlə qapıçıya toxunmaq idi. Hər tərəfdən Şahruddini sıxdılar. Nəysə, belə hallar olur. Rəqibi təbrik edirəm. İstəkli idilər.

– Yəqin ki, hakimlərin sizə qarşı qərəzli olduğunu düşünmürsüz?

– Məsuliyyətsizdirlər. Cavid Cəlilov yaxşı oğlandır. Ancaq belə sadə yanaşma olmaz. Camaat həftələrlə, aylarla əziyyət çəkir. Sadə epizodlardan qollar buraxdıq. Orada cərimə zərbəsi olduğunu mən deməliyəm?

– Üzvü olduğunuz İcraiyyə Komitəsində bu məsələni qaldıracaqsız?

– Ehtiyac yoxdur. Ora belə şeylərin yeri deyil. Hakimlər Komitəsinin sədriylə belə epizodlar müzakirə olunur. Məsuliyyət çox vacibdir. Çünki burada biz aldığımızın haqqını verməliyik. Hamı bu düşüncəylə yanaşmalıdır. O cümlədən də hakim. Bəzi epizidlar oldu ki, normaldır. Təhlükə görünmürsə, anlaşılandır. Bəlkə də belə gərgin oyunlar az olur. Yenə deyirəm, bu məğlubiyyətimizə səbəb deyil. Ancaq futbolçularımın əziyyətinə heyfim gəlir. İnşallah ki, digər oyunlara hazırlaşmalıyıq.

– Oyunçularınızın psixoloji durumunu necə dəyərləndirərdiz? 

– Məncə, futbolçular çox yaxşı idilər. Sadəcə bir az daha hazırlıqlı olmaq lazım idi.Olsaydı verərdilər. Birinci epizodu soruşdum, yox idi. Digərini bilmirəm.

– Sizin İK-dan getməyinizlə bağlı xəbər doğrudur?

– Xahiş edirəm, mənə bu barədə sual verməyin. Hələ ki, heç bir şey yoxdur. İnanın ki, heç evdə belə vaxt ayıra bilmirəm. Ancaq iş ev, ev iş.

– Bu gün Musa Qurbanlı meydandan çıxandan sonra Yassin Benzia forvard kimi oynayırdı. Gələcək planlarınıza bununla bağlı bir şey nəzərdə tutursuz?

– Bütün oyunlarda yox, onu hücumda istifadə edəcəyik.

– Konkret olaraq danışıq apardığınız futbolçular var?

– Xeyr, heç bir danışıq olmayıb. Bəlkə 20 gün əvvəl 2 futbolçu ilə maraqlandıq. Danışığımız oldu və orada da qaldı.

– Əlinizdəki heyətlə mövsüm sonu çempion olacağına yetərlidir?

– Başqa çıxış yolumuz yoxdur. Say olaraq transfer etmək istəmirik. Futbolçunu kollektivə uyğunlaşdırmaq asan deyil. Mental olaraq onun kluba, ölkəyə adaptasiya olması çətindir. Bu, dəfələrlə olub. Görürsən ki, bizə uyğunlaşa bilməyib, amma başqa çempionatlarda daha yaxşı çıxış edib. “Qarabağ”da oynamaq asan deyil. Həm çempionluq, həm avrokuboklarda iştirak tələb olunur. Çox ehtiyatlanırıq. Bizim büdcəmiz böyük klublar kimi deyil. Çempionluq çətindir. Bir neçə belə oyun olsa çempionluq əldən gedə bilər. “Top-5” ölkələrində belə hallar olur. Arxayınlaşmaq olmaz. Futbolçularımda da görmədim. 90 dəqiqə 3 xal əlimizdə idi. 2 dəqiqə içərisində əldən getdi. Mən indiki heyəti daha yaxşı toparlaya bilərəm nəinki yeniləri.

– Avropa Liqasındakı rəqibiniz “Olimpiakos” haqda nə düşünürsüz?

– “Olimpiakos” güclü rəqibdir. Ən sürətli oynayan komandalardan biridir. Amma hazırlaşmalıyıq. Məncə, daha rahat oynayacayıq. Çünki stres az olacaq. Bu mövsüm yaxşı oyunlarımız oldu, amma nəticələrimiz yaxşı olmadı. İndi əlimizdəki futbolçuları qoruyub saxlamalıyıq.

Mirkamal Kazım 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Yanvar 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri