Icma.az
close
up
RU
Qurbanovla Hacı Şahini birləşdirən məsələ: bu görüntülər mübahisə yaratdı VİDEO

Qurbanovla Hacı Şahini birləşdirən məsələ: bu görüntülər mübahisə yaratdı VİDEO

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İlahiyyatçı Hacı Şahin Həsənlinin qızının toy mərasimindən yayılan görüntülər müzakirələrə səbəb olub. Kadrlarda səslənən dini ifalar cəmiyyətdə fərqli reaksiyalar doğurub. Belə ki, bəziləri bunu ailənin inancına hörmət kimi dəyərləndirsə də, digərləri “islamda toy anlayışı yoxdursa, dini musiqiyə nə ehtiyac var?” sualını irəli sürür. Maraqlıdır ki, ictimai fiqurlar arasında dini motivli toyların artması müşahidə olunur. Bu mənada “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlunun toy mərasimi də diqqət çəkmişdi.

Dini motivli mahnıların toy mərasimlərində səsləndirilməsi doğrudurmu?

Globalinfo.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, İslam tarixindən xəbərsiz adamlar belə şayiələr yayırlar:

“İslam matəm və bədbinlik dini deyil. Axirətə, öldükdən sonra həyata, cənnətə inamı aşılayır. Hətta Peyğəmbərin də toyu olub. Amma dini tövsiyələrə görə müsəlmanın toyu günah əməllərlə müşayiət olunmamalıdır. Yəni haram işlər, böyük günahlar olmaz. Musiqi və rəqs isə dində qadağan deyil. Zövqünə görə kimsə estrada müğənnisi, başqası muğam dəsti, digəri saz, aşıq ifaçıları, ya da dini mahnılar, sürud, nəşid və ilahilər oxuyan qrupu dəvət edirlər. Burada əcaib, yaxud qəribə heç nə yoxdur. Kimsə qızının toyunda çılpaq müğənninin oxumasını istəmirsə, burada hansı qəbahətdən söhbət gedə bilər? Dini motivli mahnılar toyda yox, yasdamı səsləndirilməlidir?”

Tural İrfan

İlahiyyatçı bildirib ki, toyda dini, mənəvi dəyərləri, əxlaqı tərənnüm edən musiqilərin olması yaxşı haldır:

“Sadəcə həmin mahnıların mahiyyətində məzhəbçilik, gizli nifaq əlamətləri, xurafat, radikalizm kimi mənfi elementlərin olmamasına diqqət etmək lazımdır. Dində toy, musiqi, rəqs və şənlik var, o, bayquşluq və bəduğurluq demək deyil. Müəyyən zamanlarda cahil, xurafatçı, savadsız mollalar, ruhanilər maddi maraqları üçün dini yas, ağlaşma, matəm ənənəsi kimi təqdim etməsi, “belə də olmalıdır” demək deyil. Amma toyu din pərdəsi altında xarici maraqların təbliğatı alətinə çevirmək də ən azı mənəvi cinayətdir. Xalqımızın ənənələri ilə ayaqlaşmaq lazımdır. Başqa ölkələrin din, toy və yas modelini tətbiq etməyə ehtiyac yoxdur”.

Mərhum ilahiyyatçı və din xadimi Hacı Şahinin qızı Fatimə Həsənlinin toyu olub.

Posted by Globalinfo.az on Saturday, October 11, 2025

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri