Icma.az
close
up
RU
Qurd eşənəyinə qarşı yeni müalicə ümidi

Qurd eşənəyinə qarşı yeni müalicə ümidi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Autoimmun xəstəliklər (immun sisteminin orqanizmin öz sağlam hüceyrə və toxumalarını yad amil kimi qəbul edərək onlara qarşı hücum etdiyi xəstəliklər) üzrə aparılan yeni tədqiqatlar tibbdə mühüm yeniliklərin əsasını qoya bilər.

“The Guardian” nəşrində yayımlanan məlumata görə, alimlərin apardığı araşdırmada genetik dəyişdirilmiş CAR-T hüceyrə terapiyasının ağır sistemli qırmızı qurd eşənəyi (lupus) xəstəliyindən əziyyət çəkən bəzi xəstələrdə müsbət nəticələr verdiyi bildirilib.

Tədqiqatın nəticələrinə əsasən, bu müalicə üsulu xəstənin öz immun hüceyrələrinin xüsusi şəkildə dəyişdirilərək yenidən orqanizmə yeridilməsi prinsipinə əsaslanır. Məqsəd immun sisteminin xəstəliyin yaranmasında rol oynayan hüceyrələrini hədəfə almaq və onun normal fəaliyyətini bərpa etməyə kömək etməkdir.

Araşdırmada iştirak edən bəzi xəstələrdə xəstəliyin əsas əlamətlərinin zəiflədiyi və uzunmüddətli remissiya (xəstəlik əlamətlərinin azalması və ya müvəqqəti aradan qalxması) müşahidə edildiyi qeyd olunub. Alimlərin fikrincə, bu nəticələr qurd eşənəyi kimi ağır autoimmun xəstəliklərin müalicəsində yeni istiqamət aça bilər.

Mütəxəssislər bildirirlər ki, hazırda autoimmun xəstəliklərin müalicəsində əsasən immun sisteminin həddindən artıq aktivliyini azaltmağa yönəlmiş preparatlardan istifadə olunur. Yeni hüceyrə terapiyaları isə xəstəliyin yaranma mexanizminə daha məqsədyönlü təsir göstərmək imkanları ilə diqqət çəkir.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, CAR-T terapiyasının geniş tibbi praktikada tətbiqi üçün əlavə və daha genişmiqyaslı klinik sınaqların aparılması vacibdir.

Nurəngiz Adilqızı

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri