Icma.az
close
up
RU
Qurmanlar üçün cənnət: Yeməksevərlər üçün dünyanın ən yaxşı 10 şəhəri

Qurmanlar üçün cənnət: Yeməksevərlər üçün dünyanın ən yaxşı 10 şəhəri

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Qastronomik turizm sürətlə inkişaf edir: turizm saytı "Acorn"un araşdırmasına görə, səyahətçilərin üçdə ikisi artıq istirahət yerini kulinariya təcrübələrinə əsaslanaraq seçir. 

Qaynarinfo xəbər verir ki, mütəxəssislər kulinariya kurslarının əlçatanlığını, reytinqləri, qiymətləri və qlobal axtarış tələbatını təhlil edərək dünyanın qastronomiya üzrə ən yaxşı 10 şəhərini müəyyənləşdirib.

"DailyMail" yazır ki, siyahıda İtaliya dominantlıq edir: ölkənin beş şəhəri dadlı yeməyi sevənlər üçün dünyanın ən yaxşı istiqamətləri arasında göstərilib.

Birinci yeri Florensiya tutur və nəşr bunun kifayət qədər əsaslı səbəbləri olduğunu qeyd edir. Şəhər 231 kulinariya master-klası təklif edir və onların 74,5 faizi dörd ulduz və ya daha yüksək qiymətləndirilib.

Florensiya "Bistekka alla Fiorentina” - qalın sümüküstü ət bifteki kimi məşhur ət yeməkləri ilə tanınır. Daha bir regional delikates isə mal mədəsindən hazırlanan unikal sendviç lampredottodur. Yerli dondurmanı sınamamaq olmaz və söz mövzusu İtaliya olunca pizza və pasta da hər zaman əla olur.

Siyahının ikinci pilləsində 50 kulinariya kursu və otellərin 88 faizinin dörd ulduz və daha yüksək reytinq aldığı Siciliyanın paytaxtı Palermo yer alır.

Üçüncü yerdə özünün məşhur bolonez sousu ilə tanınan Boloniya qərarlaşıb.

Qastronomik turizm üçün ən yaxşı şəhərlərin tam siyahısı belədir:

1. Florensiya (İtaliya)

2. Palermo (İtaliya)

3. Bolonya (İtaliya)

4. Lissabon (Portuqaliya)

5. Roma (İtaliya)

6. Brüssel (Belçika)

7. Barselona (İspaniya)

8. Venesiya (İtaliya)

9. Osaka (Yaponiya)

10. Hue (Vyetnam)

"Titan Travel" şirkətinin məhsul meneceri Kesssi Striklend deyir: "Bu gün səyahətçilər sadəcə görməli yerləri gəzməklə kifayətlənmək istəmir. Onlar gedilən yeri həqiqətən hiss etmək istəyir. Yemək bunun ən yaxşı yoludur — çünki sizi birbaşa yerli həyat və ənənələrlə əlaqələndirir... Ən dəyərli təcrübələr adətən yerli aşpazlarla və ailəvi mətbəxlərlə bağlı olur: burada siz yalnız reseptləri deyil, onların arxasındakı hekayələri də öyrənirsiniz".

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri