Qurtuluş 93 də sakinləri narahat edən TƏHLÜKƏ Abşeron Rayon İcra Hakimiyyətindən AÇIQLAMA
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
"Abşeron rayonunun Masazır kəndində yerləşən "Qurtuluş-93" yaşayış kompleksinə məxsus olan 98, 96 və 21B binalarında qeyri-qanuni olaraq heç bir icazə sənədləri olmadan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi faktı aşkarlanıb".
Ölkə.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən verilib.
Qeyd olunub ki, sözügedən əraziyə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları ilə birgə baxış keçirilib:
"Baxış zamanı "Qurtuluş-93" kompleksinə məxsus olan binalarda heç bir icazə sənədləri olmadan, qeyri-qanuni olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi faktı aşkarlanıb. Görülən tədbirlər nəticəsində aparılan qeyri-qanuni təmir tikinti işləri dayandırılıb, tikinti sahibinə ciddi xəbərdarlıq edilib və aidiyyəti üzrə qurumlara məlumat verilib", - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Sentyabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















