Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Space TV 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Naxçıvandan xüsusi reportaj hazırlayıb.
Bizim.Media xəbər verir ki, reportajda ilk olaraq 1990-cı illərin ağır siyasi böhranı, ölkədəki hərc-mərclik və dövlət müstəqilliyinin təhlükə altına düşdüyü dövr xatırladılıb.
Reportajda həmin kritik mərhələdə xalqın ümid ünvanına çevrilən, Azərbaycanın qədim dövlətçilik beşiyi Naxçıvan və Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs olunub.
Materialda 1993-cü ilin iyununda baş verən tarixi dönüş, Ulu Öndərin Bakıya qayıdışı və bununla Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanması xüsusi vurğulanıb. Eyni zamanda Naxçıvan dövründə atılan mühüm addımlar – üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul olunması və milli ordu quruculuğunun əsası da xatırladılıb.
Reportajda Heydər Əliyev irsinin Naxçıvanda yaşadılması, sosial-iqtisadi inkişaf, təhsil və dövlətçilik ənənələrinin formalaşması da əksini tapır.
Finalda isə 15 İyunun Azərbaycanın müstəqil inkişaf yolunun başlanğıcı olduğu, bu siyasi kursun sonrakı illərdə ölkəmizi güclü dövlətə və tarixi Zəfərə apardığı qeyd olunur.
Xüsusi reportaj Naxçıvanın tarixi məkanlarında çəkilib və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini geniş şəkildə özündə əks etdirir.
Qeyd edək ki, xüsusi reportajın müəllifləri "Space" televiziyasının “Xəbərlər” departamentinin rəhbəri Sahil Tahirli, o cümlədən Razim İsmayıllı və Ağali Rəhimovdur.
Xüsusi reportajı bu gün saat 20.00-da “Space TV”nin efirində izləyə bilərsiniz.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:208
Bu xəbər 15 İyun 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















