Icma.az
close
up
RU
“Quru sərhədlər bu tarixə qədər uzadılacaq” Cavanşir Abbaslı

“Quru sərhədlər bu tarixə qədər uzadılacaq” Cavanşir Abbaslı

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyulun 1-də COVID-19 ilə bağlı məhdudiyyətlərin bitməsi quru sərhədlərinin açılması ilə bağlı suallar yaradıb. Vətəndaşlar sərhədlərin nə zaman açılacağı ilə maraqlanır, lakin hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

Siz necə düşünürsünüz, quru sərhədlərin açılma ehtimalı varmı?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən AĞ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu, ən aktual bir mövzudur. Bilirsiniz ki, 5 ildən artıq bir zamandır ki, Azərbaycanda quru sərhədlər bağlanıb. Zaman-zaman sərhədlərin açılması məsələsi gündəmə gəlir. Təəssüflər olsun ki, bu hələ də reallaşmayıb.

Siyasi şərhçinin sözlərinə görə, Hər bir Azərbaycan insanının arzusunda olduğu bir problemdir və öz həllini tapmayıb. Müəyyən zamanlarda Azərbaycan hökumətini başa düşmək olar. Biz quru sərhədlərin bağlanmasından sonra İkinci Qarabağ savaşı kimi bir savaş apardıq. Nəticədə 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqlarımızı parlaq bir qələbə ilə azad edilməsinə nail olduq. Təbii ki, həmin zaman üçün Covid-19 tüğyan edirdi. Quru sərhədlərin bağlanmasına əsas var idi. Amma sonradan təəssüflər olsun ki, bu əsaslar getdikcə aradan qalxmağa başladı. Hər kəs ümidlə bu qərarın veriləcəyi günü gözləməyə başladı. Hələ ki, bu qərar da indiyə qədər reallaşmayıb.

“Dolayısı ilə biz bununla barışırdıq. Çünki bizim milli problemimiz olan Qarabağ məsələsindən sonra digər milli problemlərimiz də qalırdı ki, onu da həll etməyimiz lazım idi. Xankəndi 1 günlük antiterror əməliyyatını xatırlamaq kifayətdir. Eləcə də İkinci Qarabağ savaşından sonra bir sıra uğurlu əməliyyatlar da həyata keçirdik. Həmin dövrdə təkcə Ermənistan tərəfindən deyil, qonşu ölkələr tərəfindən də bizə müəyyən qədər tətillər yaranırdı. Biz onun qarşısını almaq üçün təbii ki, quru sərhədləri bağlı saxlamaq bunun qarşısını almaqdan biri idi. Buna yönəlik xalqa üstüörtülü mesajlar da verilirdi. Xalq da bunu anlayırdı. Amma indi artıq verilən mesajlar da tükənməkdədir. Artıq bu suala cavab vermək də çox çətinləşib. Hər bir Azərbaycan vətəndaşının cibinə girən bir problemdir. Bu ölkəmizin turizmin, iqtisadiyyatın inkişafına da müəyyən qədər problemlər yaradan amillərdən biridir artıq. Xüsusən də yay fəslində vətəndaşlar bu problemi dərindən hiss edir. Məzuniyyətə çıxmaq istəyənlər maddi baxımdan imkan əldə etmir. Quru sərhədlər mütləq şəkildə açılmalıdır. Qarşıda 1 ay zaman qalıb. Hesab edirəm ki, Azərbaycandakı qurumlar bu barədə ciddi şəkildə düşünməlidirlər. Əmin olmalıdırlar ki, sərhədlərin açılması Azərbaycana xaricdən gələn heç bir tətillərə səbəb olmayacaq. Çünki o tətillərin fonunda Azərbaycan insanının da problemləri demək olar ki, quru sərhədlərin bağlı olması ilə artır. Xaricdə çalışan soydaşlarımız var ki, onlar quru sərhədlərin bağlanması səbəbindən kifayət qədər ciddi çətinliklərlə üzləşirlər. Böyük ehtimalla quru sərhədlər bir etab da uzadılacaq. Avqust və oktyabrın 1-nə qədər uzadılacaq. Bu qərar da yanlış bir qərar olacaq”.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 May 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri