Icma.az
close
up
RU
Quru sərhədlər mərhələli şəkildə açılır... Deputat danışdı

Quru sərhədlər mərhələli şəkildə açılır... Deputat danışdı

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Azərbaycanda koronavirus pandemiyası və təhlükəsizlik məsələləri səbəbindən 5-ci ildir ki, quru sərhədlər bağlıdır. Naxçıvanda qeydiyyatda olanların quru yolla Türkiyəyə gediş-gəlişinə icazə verilsə də, quru sərhədlər hələ də açılmayıb.

Zaman-zaman bu mövzu gündəmə gəlsə də, karantin rejiminin uzadılması ilə bağlı verilən qərarlar müzakirələrə son qoymuşdu. Ötən gün Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı məlumatda iki ölkə arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunmasının müzakirə edildiyini açıqladı.

Bu, Azərbaycanın digər ölkələrlə quru sərhədlərinin mərhələli şəkildə açılıb-açılmayacağı barədə suallar doğurub.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan millət vəkili Ceyhun Məmmədov hesab edir ki, bundan sonra digər ölkələrlə də quru sərhədlərinin açılması məsələsi gündəmə gələ bilər:

"Əslində, bu məsələ çox müzakirə olunub. Təəssüf ki, adətən, birmənalı qarşılanmır. Hamı bilməlidir ki, quru sərhədlərlə bağlı məsələ həm də təhlükəsizlik məsələsidir. Cənab Prezident bunu dəfələrlə də öz çıxışlarında da deyib. Təhlükəsizlik bizim üçün hər şeydən önəmlidir. 

Gürcüstanla məsələyə gəldikdə isə bu, artıq müsbət dəyişiklikdir. Əlaqələrimizin güclənməsini nəzərə alaraq, artıq deyə bilərik ki, quru sərhədlərin açılması ilə bağlı qərar qəbul edilib. Mərhələli şəkildə digər məsələlərə də baxılacaq. Sadəcə vətəndaşlar bir az səbirli olmaldırlar. Bilməlidirlər ki, bunun təhlükəsizlik tərəfləri var. Zamanla bu məsələlərin hamısına baxılacaq və öz həllini tapacaq.

Bir azdan sonra görəcəyik ki, dövlət artıq digər məsələlərə də baxır", - deyə o əlavə edib.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun 2024-cü ilin dekabrında imzaladığı qərara əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 aprel 2025-ci il saat 06:00-dək uzadılıb.

Billurə Yunus


 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri