Icma.az
close
up
RU
Quru sərhədlərinin açılması yenidən GÜNDƏMDƏ

Quru sərhədlərinin açılması yenidən GÜNDƏMDƏ

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda quru sərhədlərinin açılıb-açılmayacağı məsələsi yenidən gündəmə gəlib. İddialara görə, gələn ilin ilk günlərində quru sərhədlərinin açılması gözlənilir.

Qeyd edək ki, quru sərhədləri 2020-ci ildən bağlıdır. Sonuncu dəfə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci ilin yanvarın ayının 1-i saat 06:00-dək uzadılıb.

Quru sərhədlərin açılması məsələsi ötən gün Milli Məclisdə də gündəmə gəlib. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, quru sərhədlərinin açılması 100 minlərlə şəxsin Azərbaycana axını ilə nəticələnə bilər.

"Xəzərin üzərindən 100 km-lərlə məsafədə hədəflər vurulursa, ənənəvi ticarət tərəfdaşları bloklara cəlb olunursa, ölkəmizin hərbi-siyasi neytrallığını qoruyub saxlaması asan olmayacaq. Vətəndaşlarımız bilir ki, sanksiyalardan yan keçməklə ölkəmizin beynəlxalq əlaqalərinin müntəzəm çalışması liderimizin siyasi məharətinin nəticəsidir. Lakin prezidentin bir çıxışında deyilir ki, biz seçim məcburiyyətində qala bilərik.

Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - o qeyd edib.

Mövzu ilə bağlı Modern.az-a danışan millət vəkili Azər Badamov bildirib ki, quru sərhədlərin açılması zaman-zaman müzakirə olunan məsələdir:

“Amma biz qonşu ölkələrdəki ictimai siyasi vəziyyəti də nəzərdən qaçırmalı deyilik. Çünki qonşu ölkələrin demək olar ki, hamısı müharibə vəziyyətində və siyasi böhran içindədir. Azərbaycan isə narahat bölgəmizdə sabitlik adasıdır. Vətəndaşlarımızın təhlükəsizliyi tam təmin olunub. Qonşu respublikalarda vətəndaşlar narahatlıq içində yaşayırlar. Biz isə əsas işimiz olan torpaqlarımızı işğaldan azad etmişik və həm azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri aparmaqla keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarırıq, həm də regionlarımızın tarazlı inkişafını davam etdirməklə vətəndaşlarımızın rifahının yaxşılaşdırılması proqramları icra ediririk”.

Millət vəkilinin sözlərinə görə, quru sərhədlərin bağlı olmasının vətəndaşlarımız və xaricdə yaşayan soydaşlarımız üçün çətinliklər yaratdığı doğrudur:

“Amma ölkəni xarici təsirlərdən qorumaq naminə bu çətinliklərə müvəqqəti olaraq dözümlü olmalıyıq. Çünki, təhlükəsizliyimizi və sabitliyimizi dəyərləndirib hər şeydən üstün tutmalıyıq. Quru sərhədlərimizin isə qonşu ölkələrdə vəziyyətin stabilləşməyə doğru getdiyi bir zaman açılacağını hesab edirəm. Dövlət başçımız nəyi necə və nə zaman etmək lazım olduğunu hamıdan yaxşı bilir. Dövlət başçımızın dediklərinin dügün olduğunu zaman həmişə sübut etmişdir. Ona görə də biz dövlət başçımızın bu məsələyə qərar verəcəyi gününü səbirlə gözləməliyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Noyabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri