Icma.az
close
up
RU
Qurudulmuş dondurmalarla bağlı AQTA dan AÇIQLAMA

Qurudulmuş dondurmalarla bağlı AQTA dan AÇIQLAMA

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlərdə quru dondurma adı altında təqdim edilən və müasir emal texnologiyalarından, o cümlədən liyofilizasiya (freeze-drying) üsulundan istifadə edilməklə istehsal olunan qida məhsullarının satışı həyata keçirilir. Bu proses məhsulun əvvəlcədən dondurulmasından sonra vakuum şəraitində tərkibindəki suyun maye fazaya keçmədən birbaşa buz halından qaz halına çevrilməsi (sublimasiya) prinsipi əsasında həyata keçirilir.

Lent.az-a AQTA-dan bildirilib ki, bu texnoloji proses nəticəsində məhsulun maye miqdarı minimuma endirilir, fiziki forması və qida dəyəri isə əsasən qorunub saxlanılır. Sublimasiya prosesi mikrobioloji riskləri azaltsa da, tam aradan qaldırmadığından, bu cür məhsulların təhlükəsizliyinin təmin olunması xammaldan başlayaraq istehsalın bütün mərhələlərində müvafiq gigiyenik tələblərə ciddi riayət edilməsini zəruri edir.

Ölkə ərazisində istehsalı geniş şəkildə aparılmayan quru dondurma məhsulları, minimum keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdikləri, xammalın təhlükəsizliyi təmin olunduğu, istehsal və emal prosesində gigiyenik normalara riayət edildiyi hallarda insan sağlamlığı üçün hər hansı bir təhlükə yaratmır.

Qida təhlükəsizliyi sahəsində nəzarət tədbirləri çərçivəsində bu məhsulların idxalı, istehsalı və dövriyyəsi zamanı mövcud qanunvericiliyin tələblərinə uyğunluq təmin edilir, normativ tələblərə cavab verməyən məhsulların dövriyyəsinə yol verilmir və aşkar edilmiş uyğunsuzluqlar üzrə qanunvericiliyə uyğun tədbirlər görülür.

AQTA istehlakçıları bu tip məhsulları alarkən etiket məlumatlarına, istehsalçı barədə informasiyaya, istehsal və son istifadə tarixinə, eləcə də saxlanma şəraitinə diqqət yetirməyə çağırır. Qida məhsulları ilə bağlı şübhə doğuran hallarla rastlaşdıqları təqdirdə isə Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət etmələri tövsiyə olunur.  Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Fevral 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri