Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Qurultaya bir gün qalmış qırğın başladı 27 nəfər nə tələb edir?

Qurultaya bir gün qalmış qırğın başladı 27 nəfər nə tələb edir?

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabah-mayın 26-da keçiriləcək qurultay ərəfəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) qalmaqal yaranıb.

“Yeni Sabah” xəbər verir ki, ittifaqın bir qrup üzvü birgə bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, AKİ sədri, Xalq artisti Rasim Balayevin qəfil vəfatından sonra İttifaqın yeni sədrinin seçilməsi zərurəti yaranıb. Toyuqlu pizza

“İttifaqın İdarə Heyətinin 8 may 2026-cı il tarixli iclası keçirilərək yeni sədrin seçilməsi üçün 26 may 2026-cı ildə növbədənkənar Ümumi Yığıncağın keçirilməsi və sədr vəzifəsinə iki namizədin irəli sürülməsi qərara alınıb. İdarə Heyətinin katibliyinə tapşırılıb ki, hazırlıqla bağlı təşkilati məsələləri həll etsinlər.  

Lakin iclasdan sonra keçən müddət ərzində lazımi hüquqi prosedurlara və qanunvericiliyə dəqiq və şəffaf şəkildə əməl edilməyib, bu səbəbdən qeyri-müəyyənlik, məlumat çatışmazlığı və qeyri-şəffaf mühit yaranıb. İttifaqın bütün üzvlərinə Ümumi Yığıncağın gündəliyi və gündəliklə bərabər İttifaqın sədri vəzifəsinə namizədlər barədə öncədən məlumat göndərilməyib. Habelə, İdarə Heyətinin, yəni icra orqanının üzvü olan və özünü “İcraçı katib” kimi təqdim edən namizədlərdən biri Rasim Balayevin vəfatından sonra İdarə Heyətinin səlahiyyətlərini mənimsəyərək İttifaqa faktiki rəhbərliyi həyata keçirib, buna baxmayaraq, Ümumi Yığıncağın gündəliyinə İttifaqın fəaliyyəti barədə hesabat məsələsini daxil etməyib, üstəlik sədr vəzifəsinə namizəd kimi çıxış etməyə hazırlaşır.

Beləliklə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun və İttifaqın nizamnaməsinin tələblərinə zidd olaraq, Ümumi Yığıncağın gündəliyi barədə İttifaqın üzvlərinə tam məlumat verilməyib, gündəlik şəffaf şəkildə açıqlanmayıb, Yığıncağa hazırlıqla bağlı prosedur qaydalarına əməl edilməyib.

Həmçinin qeyd edirik ki, İttifaqın üzvlərinin ümumi sayı ilə bağlı qeyri-dəqiq və ziddiyyətli məlumatlar mövcuddur.  Üzvlərin rəsmi ümumi reyestri yoxdur. Buna baxmayaraq və üzvlərin ümumi siyahısı və sayı dəqiqləşdirilmədən, sabah Ümumi Yığıncağın keçirilməsi planlaşdırılır. Bu halı İttifaqın üzvlərinin təşkilatın idarəetməsində iştirak kimi təməl hüquqlarının kobud şəkildə pozulması, qeyri-legitim Yığıncaqda iştirak edəcək üzvlərin süni üstünlüyünün yaradılması və idarəetmənin öz təsiri altına alınması cəhdi kimi qiymətləndiririk”.

Qeyd edilib ki, sabahkı Yığıncaqda müəyyən şəxslərin İttifaqın nizamnaməsinə dəyişiklik etməklə əlavə səlahiyyətlər əldə etməyə çalışacağı barədə ciddi narahatlıqlar mövcuddur:

“Habelə, hazırda İttifaqın fəaliyyətinin hərtərəfli təftişinə ciddi zərurət yaranıb. Belə olan şəraitdə tələsik, ciddi hazırlıq aparılmadan, qanunvericiliyin və İttifaqın nizamnaməsinin tələbləri pozulmaqla seçkilərin keçirilməsi onların şəffaflığı ilə bağlı ciddi şübhələr doğurur, bu isə İttifaqın fəaliyyətinə və bütövlükdə kino sənətimizə və ümumilikdə mədəniyyətimizə ciddi zərər vura bilər.

İttifaqın üzvləri və digər görkəmli kino xadimləri olaraq bəyan edirik ki, 26 may 2026-cı ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan İttifaqın növbədənkənar Ümumi Yığıncağının çağırılması Azərbaycan Respublikasının qanunvericiliyinə və İttifaqın nizamnaməsinə uyğun həyata keçirilməyib, Ümumi Yığıncaq qeyri-legitimdir və orada qəbul ediləcək qərarların hüquqi qüvvəsi yoxdur.

Biz Azərbaycan kino mühitinə və milli mədəniyyətimizə zərər verə biləcək bu cür addımlara etiraz edirik. “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimləri olaraq bəyan edirik ki, sabah keçirilməsi nəzərdə tutulan növbədənkənar Ümumi Yığıncaq qeyri-legitim və qeyri-qanuni olduğu üçün  təxirə salınmalı, qanunvericliyə və İttifaqın nizamnaməsinə uyğun olaraq yenidən çağırılmalıdır.

Bununla bağlı aidiyyəti dövlət qurumlarından məsələyə hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş edirik”, - bəyanatda vurğulanıb.

Bəyanatı yayan “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimlərinin adlarını təqdim edirik:

1. Vaqif Mustafayev;

2. Cəmil Quliyev;

3. Oktay Mirqasım;

4. Akif Əli;

5. Adil Abbasov;

6. Şamil Əliyev;

7. Əmir Hacılı;

8. Mahirə İskəndərova;

9. Kamran Qasımov;

10. Firəngiz Qurbanova;

11. Rəfail Qəmbərov;

12. Cahangir Mehdiyev;

13. Rövşən Məmmədov;

14. Baba Məsimov;

15. Mirbala Səlimli;

16. Əbdül Mahmudov;

17. Hacı İsmayılov;

18. İlham Namiq Kamal;

19. Tariyel Qasımov;

20. Rafiq Əzimov;

21. Zəfər Murtuzov;

22. Fəxrəddin Manafov;

23. Ayaz Salayev;

24. Mehriban Zəki;

25. Cahangir Novruzov;

26. Gülzar Qurbanova;

27. Elbrus Vahidov.

Qeyd edək ki, mayın 26-sı saat 14:00-da “Landmark Hotel”də AKİ-nin qurultayı keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 May 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri