Qurultaydan gələcəyə Azərbaycanın strateji inkişaf xətti
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
20 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Rafiq Alıcanov 14” və “Rəsulzadə küçəsi 7” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və ölkəmizin siyasi tarixində mühüm yer tutmuşdur. Partiyanın yaranması Azərbaycanın çətin ictimai-siyasi vəziyyətdən çıxış yolu axtardığı, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, sabitliyin təmin edilməsinə və milli maraqların qorunmasına ciddi ehtiyac duyulduğu bir dövrə təsadüf etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, dövlətçilik təcrübəsi və xalqın gələcəyinə olan inamı Yeni Azərbaycan Partiyasının formalaşmasında və inkişafında mühüm rol oynamışdır.
Daha sonra çıxış edən natiqlər – partiya fəalları Elxan Bayramov və Məhəd Əhmədov bildiriblər ki, Prezident İlham Əliyev qurultaydakı çıxışında partiyanın fəaliyyətinin yalnız ölkə daxilində deyil, daha geniş regional miqyasda da əhəmiyyət daşıdığını vurğulamışdır. Bu fikir Yeni Azərbaycan Partiyasının uzun illər ərzində keçdiyi inkişaf yolunu, siyasi təşkilatlanma təcrübəsini və Azərbaycanın ictimai-siyasi həyatındakı mövqeyini ifadə edir. Partiyanın fəaliyyətində dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafına töhfə verilməsi əsas istiqamətlər kimi ön plana çıxır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















