Icma.az
close
up
RU
Qurumuş ağacların qeydiyyata alınması nəyə xidmət edir? FOTO

Qurumuş ağacların qeydiyyata alınması nəyə xidmət edir? FOTO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bakıda ağacların qeydiyyatını aparır. Ağaclara vurulan damğalarda QR kodla bitki barədə məlumat verilir. əslində çox yaxşı, təqdirəlayiq işdir. Amma...
Ağacların nişanlanması ilə işi bitmiş hesab etmək olmaz. Meşə massivlərində ağacların qocalması, aşması və ya bioloji ömrünü başa vurması təbii üsulla gedir. Hətta Avropa qanunvericiliyi meşələrə kənar müdaxilələri qadağan edir. Amma şəhər təsərrüfatında vəziyyət başqadır.
Bu fotolar Şəhidlər məscidinin aşağı hissəsində, doqquzmərtəbəli binanın qarşısında çəkilib. Ərazi ötən əsrin 70-ci illərində abadlaşdırılıb və geniş bağ salınıb. Böyük ağaclar burada havanı təmizləməklə yanaşı, torpağı da möhkəmləndirir. Lakin ağacların bir hissəsi artıq quruyaraq aşıb.
Maraqlıdır ki, ağacların inventarlaşdırılması zamanı quru, hətta aşmış ağaclar da uçota alınıb. Hətta uçota alınan ağaclardan biri ayaq üstə duran 2 metrlik gövdədən ibarətdir. Görəsən inventarlaşma aparan işçi bu quru ağaclara görə nə üçün əziyyət çəkib? 
Əslində ərazidəki aşmış ağacların götürülməsi daha faydalı olardı. Bu cür çürümüş ağaclar nəinki fayda verir, tam əksinə zərərli mikroroqanizmlərin toplanma yerinə çevrilir. Şəhərdə və ümumiyyətlə Azərbaycanda şam ağaclarının kütləvi şəkildə məhv olduğu dövrdə ərazinin diqqətdən kənarda qalması başadüşülən deyil.
Əslində ərazinin abadlaşdırılması və yaşıllaşdırılması da çətin iş deyil. Ölkədə vaxtaşırı olaraq ağacəkmə kampaniyaları keçirilir və müxtəlif dövlət və qeyri-dövlət qurumları bu tədbirlərdə iştirak edir.  Ağac əkiləcək ərazini isə hansısa müəssisə və ya təşkilat özü təyin etmir. Dövlət qurumlarının ayırdığı ərazilər arasında seçim edilir. 
Bunu nəzərə alarsaq, sözügedən ərazinin abadlaşdırılması və ağaclandırılması çox da çətin olmaz. Sadəcə olaraq həmin ərazini ağacəkmə kampaniyaları planına salmaq yetərlidir. Ərazidəki quru ağacları götürmək isə yaşıllaşdırmaya cavabdeh təşkilatların birbaşa vəzifə borcudur.

Vüqar 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Noyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri