“Quş dili”ni bilən alimə 100 min dollar mükafat verilib
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Kaliforniya Universitetinin tədqiqatçısı Culi Eli quşların ünsiyyət səslərini deşifrə edən araşdırmasına görə 2026-cı il Koller-Dulitl Mükafatına layiq görülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Alim mükafat çərçivəsində 100 min dollar qazanıb. O, zebra alacəhrələrinin 11 fərqli səsini müəyyən edərək onların hansı məna daşıdığını araşdırıb.
Tədqiqatın nəticələrinə görə, quşlar müxtəlif səslərlə həm kim olduqlarını, həm də nə etdiklərini bildirirlər. Məlum olub ki, onlar bir-birlərini fərdi səs “imzaları” ilə tanıyır və siqnalların mənasını ayırd edə bilirlər.
Culi Eli on ildən çox müddətdə quşları müşahidə edib, səslərini qeydə alıb və onların mənasını müəyyən etmək üçün süni intellektdən istifadə edib. Daha sonra əldə olunan nəticələri müxtəlif təcrübələrlə təsdiqləyib.
Alimin sözlərinə görə, bu mükafat heyvanlarla insanlar arasında gələcəkdə ikitərəfli ünsiyyətin qurulmasına doğru atılan mühüm addımdır.
Münsiflər heyətinin sədri, Tel-Əviv Universitetinin zooloqu Yossi Yovel araşdırmanı bu sahədə böyük irəliləyiş adlandırıb. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin filosofu Conatan Börç isə tədqiqatı “tamamilə fenomenal” kimi qiymətləndirib.
Koller-Dulitl Mükafatı 2024-cü ildə britaniyalı maliyyəçi Ceremi Kollerin fondu və Tel-Əviv Universiteti tərəfindən təsis edilib. Fond, həmçinin insanlar və heyvanlar arasında tam ikitərəfli ünsiyyətin qurulmasına nail olacaq tədqiqat üçün 10 milyon dollarlıq xüsusi mükafat da elan edib.
Bu mövzuda digər xəbərlər:Balakəndə 100 quş yandı
09 Fevral 2026 10:59
Hollandiyada quş qripinə görə 100 min toyuq məhv edilib
25 Dekabr 2025 16:38
“SpaceX” 100 min dollar mükafat verəcək
20 Aprel 2025 10:19
Təyyarədən də yüksək uça bilən QUŞ
25 İyun 2025 18:27
Venesuelalı müxalifət liderinə 100 min dollar mükafat
03 Yanvar 2025 21:46
Baxış sayı:144
Bu xəbər 28 İyun 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















