Icma.az
close
up
RU
Quş qripi təhlükəsi qapıda: Azərbaycan hansı risklərlə üz üzədir? KONKRET

Quş qripi təhlükəsi qapıda: Azərbaycan hansı risklərlə üz üzədir? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Avropada quş qripinin yenidən geniş vüsət alması hökumətləri ciddi tədbirlər görməyə məcbur edib. İrlandiya, İngiltərə və Fransa kimi ölkələr milyonlarla quşu qapalı şəraitə keçirməklə virusun yayılmasının qarşısını almağa çalışırlar. Qitədə ölümcül quş qripi hallarının artması region ölkələrini də narahat edir. Maraqlıdır, Bəs, quş qripinin Azərbaycana yayılma ehtimalı hazırda nə qədərdir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Avropada quş qripinin geniş yayılması ümumilikdə region üçün risk yaratsa da, Azərbaycan hazırda rəsmi şəkildə bu virusdan azad ölkə kimi qeyd olunur. Onun sözlərinə görə, tam təhlükəsizlikdən danışmaq mümkün deyil:

“Lakin ölkə köçəri quşların miqrasiya yolu üzərində yerləşdiyinə görə risk tam sıfır deyil. Dövlətin monitorinq və baytarlıq nəzarəti prosesi davam edir və vəziyyət nəzarətdə saxlanılır”, – ekspert vurğulayıb.

Qiymət artımı ehtimalına da toxunan iqtisadçı hazırda bazarda ciddi bahalaşma gözlənilmədiyini bildirib:

“Hazırda real qiymət artımı üçün əsas yoxdur. Lakin əgər quş qripi ölkəyə daxil olsa, fermalarda kütləvi məhv etmə və ya istehsalın məhdudlaşdırılması qaçılmaz olar. Bu halda yumurta və toyuq ətinin bahalaşması mümkündür. İndiki mərhələdə bazarda panika yaratmağa dəyməz”, – Nəsirli qeyd edib.

Qeyd edək ki, quş qripi Avropada xüsusilə iri quşçuluq təsərrüfatlarında ciddi itkilərə səbəb olur. Azərbaycan isə prosesi yaxından izləyir və profilaktik tədbirlər gücləndirir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Noyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri